Adel Silvestr Stallonenin evini aldı: amma bir şərtlə
Adel ötən il Silvestr Stallonenin Beverli Hillsdəki malikanəsini 58 milyon dollara alıb.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, Britaniyalı müğənni Adel dünyaca məşhur aktyorun evini bir şərtlə almağa razı olduğunu bildirib. Satışdan xeyli vaxt keçsə də, Stallone alqı-satqı mərhələsində Adellə olan maraqlı dialoqdan ilk dəfə bəhs edib.
Evi satarkən heykəli də özü ilə aparmağı təklif edən Silvestr Stallone Adelin buna etiraz etdiyini və "O zaman heç bir sövdələşmə olmayacaq. Bütün sövdələşməmiz pozulacaq" dediyini bildirib. 76 yaşlı aktyor "Adel heykəli evlə birlikdə qəbul etmək istədi" deyib.
Evi tamamilə yenidən təmir etdirən Adelin Rokki heykəlinə toxunmadığı iddia edilib. Silvestr Stallone də iddiaları təsdiqləyib.
Gülər
