ADEX-2026: Azərbaycanın müdafiə sənayesində yeni silah və texnologiyalar nümayiş etdirilib
ADEX-2026-da Azərbaycanın yeni nəsil silah və pilotsuz sistemləri təqdim olunub.
Mövzu ilə bağlı”İnformator.az”a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev bildirib ki,ADİKS-2026 sərgisində Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi və tabeliyində olan qurumlar tərəfindən müxtəlif çaplı silahlar, artilleriya sistemləri, pilotsuz uçuş aparatları, atıcı silahlar və müxtəlif təyinatlı pilotsuz vasitələr ictimaiyyətə təqdim olunub:
“Sərgidə bəzi silah və texnikalar ilk dəfə nümayiş etdirilib. Onların arasında zərbə və kamikadze tipli pilotsuz uçuş aparatları, həmçinin təkərli yerüstü pilotsuz vasitələr də yer alıb.Yeni atıcı silahlar arasında üç yeni avtomat tüfəngi təqdim edilib. Onlardan biri 5,56, digəri isə 7,62 mm çaplıdır.Daşınan zenit-raket komplekslərindən atəş açmaq üçün şəxsi heyətin sinif şəraitində təlim keçməsinə imkan verən simulyatorlar da nümayiş etdirilib.Sərgidə Milli Müdafiə Universitetinin təlim və texnologiya sahəsində əldə etdiyi nəticələr də diqqət çəkib. Burada intellektual bölmələrdə xidmət edən hərbçilərin ordu üçün müxtəlif proqram təminatları hazırladığı, təlimlərin keçirilməsi və qiymətləndirilməsi istiqamətində fəaliyyət göstərdiyi bildirilib”.
Ekspert qeyd edib ki,Xüsusi Dövlət Mühafizə Xidmətinin rabitə və informasiya təhlükəsizliyi sahəsində istifadə olunan bəzi stansiyaları əvəz edə biləcək mobil və daşınan bazalar təqdim olunub:
"Sərgidə “Improtex Motors” şirkətinin, daha doğrusu, İTX şirkətinin 7 zirehli vasitəsi nümayiş etdirilib. Onlardan bir neçəsi ilk dəfə sərgidə təqdim olunub.Müdafiə Sənayesi Nazirliyinin bu il sərgidə əvvəlki illərlə müqayisədə daha çox silah, sursat, pilotsuz uçuş aparatı, texnika və avadanlıqla təmsil olunduğu diqqət çəkib.44 günlük Vətən müharibəsində əldə olunan təcrübənin Azərbaycanın istehsal etdiyi silahlarda da öz əksini tapdığı qeyd olunub. Müasir texnologiyalar Azərbaycanlı mühəndislər tərəfindən mənimsənilir, yeni məhsullar hazırlanır və yeni istehsal sahələri yaradılır.Bütün bunlar Azərbaycanın müdafiə sənayesi potensialının gələcəkdə daha da artacağını deməyə əsas verir".
Nurgün Qənizadə