00:00:00
Yazar
Admin User
28.10.2025 18:59 106 1 dəq oxuma
Sosial

Adı Vətənlə bir yazılan qəhrəman-Rafiz Hüseynov

Adı Vətənlə bir yazılan qəhrəman-Rafiz Hüseynov

Bəzən elə insanlar olur ki, onların həyat yolu bir ömürlük roman kimidir-qısa, amma mənalı, kədərli, amma qürurlu.

 

Rafiz Hüseynovun ömrü də elə belə bir roman idi-qəhrəmanlıqla yazılan, şəhadətlə möhürlənən bir həyat hekayəsi. O, adi bir gənc idi-sevdikləri, arzuları, gülüşü olan bir oğul. Amma Vətən səsini çağıranda, o, tərəddüd etməyib. Çünki onun üçün torpaq sadəcə yer deyildi, o, müqəddəs and, borc, nəfəs idi.

 

Cəbhəyə gedərkən bircə arzusu vardı-Zəfəri görmək, azadlıq xəbərini eşitmək. O, o səngərlərdə qorxmadı, geri çəkilməyib, çünki bilib: torpağı qoruyan ölmür, o, əbədiləşir.

 

Rafiz Hüseynov döyüş meydanında canını qurban verib, amma adı tarixə yazılıb. O, şəhid olub-amma eyni anda millətin yaddaşında əbədi yaşamağa başlayıb.

 

Bu gün onun adı çəkiləndə, insanlar susur, amma gözlər danışır. O gözlərdə həm kədər, həm də fəxarət var. Çünki hər bir şəhidin adı bu xalqın qəlbində bayraq kimi dalğalanır.

 

Rafiz Hüseynov getməyib, sadəcə Vətənlə birləşib. Hər dəfə səmada üçrəngli bayrağımız dalğalananda, bil ki, onun bir rəngi Rafizin qanından doğulub.

 

Ruhun şad olsun, qəhrəman. Sən yaşadın ki, biz azad olaq. Sən susdun ki, Vətən danışsın.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər