00:00:00
Yazar
Admin User
19.11.2025 08:43 92 1 dəq oxuma
Sosial

Adnana məxsus “Rahat Market”in yerləşdiyi obyekt müsadirə olunub

Adnana məxsus “Rahat Market”in yerləşdiyi obyekt müsadirə olunub

Azərbaycana qarşı iqtisadi təxribatda ittiham olunaraq həbs edilən iş adamı Adnan Əhmədzadəyə məxsus “Rahat Market”in Xırdalan filialının yerləşdiyi qeyri-yaşayış sahəsi müsadirə olunub.

 

“İnformator.az” Teleqraf-a istinadla xəbər verir ki, 411 kv2 ərazisi olan obyekt Xırdalan şəhəri, H.Əliyev prospekti, ev 266 ünvanında yerləşir.

 

Müsadirə olunaraq dövlət hərracında satılacaq obyektin hazırkı bazar qiyməti 1 milyon manat civarında dəyərləndirilir. Qeyd edək ki, bir müddət öncə Adnan Əhmədzadəyə məxsus “Bolmart”ın Bakının Səməd Vurğun 60 ünvanında yerləşən filialından da çıxarılması gündəmə gəlib. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər