00:00:00
Yazar
Admin User
19.01.2026 16:37 94 2 dəq oxuma
Sosial

ADPU Şamaxı filialında 20 Yanvar faciəsi anılıb

ADPU Şamaxı filialında 20 Yanvar faciəsi anılıb

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialında 20 Yanvar Ümumxalq Hüzn Gününə həsr olunmuş “20 Yanvar faciəsi – Tarixin unudulmayan səhifəsi” mövzusunda anım tədbiri keçirildi.

 

"İnformator.az" xəbər verir ki, tədbir Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı. Ardınca 20 Yanvar faciəsini əks etdirən videoçarx nümayiş olundu.

 

Filialın direktoru, dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək bildirdi ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizəsinin qanlı, lakin şərəfli səhifəsidir. O vurğuladı ki, bu faciə xalqımızın iradəsini sındırmayıb, əksinə, milli birliyi və azadlıq əzmini daha da gücləndirib. Direktor gənc nəslin bu tarixi dərindən öyrənməsinin və şəhidlərin xatirəsini daim uca tutmasının mənəvi borc olduğunu qeyd etdi.

 

Həmçinin bildirdi ki, 20 Yanvar hadisələrinə ilk siyasi-hüquqi qiyməti Ulu Öndər Heydər Əliyev verib. Onun 1990-cı ildə Moskvada səsləndirdiyi cəsarətli bəyanat və sonradan dövlət səviyyəsində görülən tədbirlər bu faciənin obyektiv dəyərləndirilməsini təmin edib. Qeyd etdi ki, Prezident İlham Əliyev bu siyasi xətti uğurla davam etdirərək 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya xüsusi önəm verir.


Daha sonra Sosial və xüsusi fənlər kafedrasının dosenti Sübhan Talıblı məruzə ilə çıxış edərək “20 Yanvar faciəsi: Azərbaycan xalqını azadlığa və dövlət müstəqilliyinə aparan yol” mövzusunda ətraflı məlumat verdi. Məruzədə 20 Yanvar hadisələrinin ictimai-siyasi mahiyyəti, onun milli azadlıq hərəkatında oynadığı mühüm rol diqqətə çatdırıldı. Bildirdi ki, bu faciə xalqın azadlıq iradəsini sarsıtmayıb, əksinə, müstəqillik ideyalarının formalaşmasını və güclənməsini sürətləndirib. Həmçinin qeyd ki, 20 Yanvar şəhidlərinin qəhrəmanlığı bu gün də gənc nəsil üçün vətənpərvərlik nümunəsidir.

 

Ardınca Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müəllimi Sevinc Baxşiyeva “Milli istiqlalımızın şanlı tarixi – 20 Yanvar” mövzusunda çıxış edərək faciənin xalqımızın milli yaddaşında tutduğu yer və ədəbi-bədii düşüncədə əksi haqqında danışdı.

 

Riyaziyyat və kompüter elmləri kafedrasının müəllimi Əlişah Eyyubov “20 Yanvar – qanla yazılan tarix, qürurla yaşanan xatirə” mövzusunda çıxış edərək bu günün həm hüzn, həm də qürur günü olduğunu vurğuladı.

 

Pedaqogika və psixologiya kafedrasının müəllimi Amid Əliyev isə “20 Yanvar – susdurulan xalqın oyanışı” mövzusunda çıxışında faciənin xalqın milli özünüdərkinin formalaşmasında mühüm dönüş nöqtəsi olduğunu qeyd etdi.

 

20 Yanvar hadisələrinin canlı şahidi olan əməkdaşlar öz xatirələrini bölüşdülər.


Tədbirin sonunda Fizika müəllimliyi ixtisası üzrə IV tədris ili tələbəsi Elnur Dəmirov Mahirə Nağıqızının müəllifi olduğu “20 Yanvar qatarı” şeirini səsləndirdi. Şeir dərin duyğularla qarşılandı.


Tədbir 20 Yanvar şəhidlərinin xatirəsinə ehtiram hissi ilə başa çatdı.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər