00:00:00
Yazar
Zəhra Həsənova
18.09.2026 23:44 244 2 dəq oxuma
Siyasət

Ağ Ev İranın müharibədən sonra çəkindirilmə strategiyasını hazırlayır - ŞƏRH

Ağ Ev İranın müharibədən sonra çəkindirilmə strategiyasını hazırlayır - ŞƏRH

Ağ Ev İranla müharibədən sonrakı dövr üçün çəkindirmə strategiyası hazırlayır. İddia olunan strategiyanın əsas məqsədi müharibənin yenidən baş verməsinin qarşısını almaq və regionda uzunmüddətli təhlükəsizlik mexanizmi formalaşdırmaqdır.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında deputat Hikmət Babaoğlu bildirib ki, Axios-un iddia etdiyi ABŞ-nin İran və İsrail üzrə postmüharibə mərhələsində gələcək strategiyasının necə hazırlanması ilə bağlıdır və burada iddia olunan strategiya müharibədən sonrakı dövrdə bir daha müharibənin baş verməməsi üçün çəkindirmə fəlsəfəsinə əsaslanır:

 

“Hazırkı təcrübə göstərir ki, çəkindirməni təmin edəcək hərbi-siyasi vasitələr səmərəli deyil. ABŞ onsuz da çəkindirməni təmin etmək üçün Körfəz ölkələrində hərbi bazalar yerləşdirib və “Böyük İbrahim sazişi” adlı bir hüquqi çətir də yaratmaq istəyib. Ancaq bunlar baş tutmayıb. Ona görə də, Vaşinqtonun yenidən belə bir çəkindirməyə əsaslanan təhlükəsizlik arxitekturası yaratması hələlik real görünmür. Xüsusən də İsrail və ərəb ölkələri arasında bunu etməsi heç mümkün görünmür”.

 

Deputatın sözlərinə görə, İranı çəkindirmək hazırkı vəziyyətdə faktiki olaraq mümkün deyil :

 

“Diplomatiya və yumşaq güc vasitələri ilə də İrana təzyiq etmək mümkün deyil. Çünki ideologiya və ümumən İran mənafeyi təbliğatı İranda o qədər güclüdür və o qədər radikal və emosionaldır ki, klassik Avropa metodları ilə bura müdaxilə etmək olmur. İran diplomatiyası gözümüzün önündə, son bir ildə baş verən hadisələrdə Amerika diplomatiyasından üstün olduğunu göstərdi və mən düşünürəm ki, bu cəhddə uğursuz olacaqdır”.

 

Selcan Xudiyeva

#şərh #xəbər #baki #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər