00:00:00
Yazar
Zəhra Həsənova
18.09.2026 23:49 150 2 dəq oxuma
Siyasət

Aİ Çinlə ticarət danışıqlarında konkret nəticələr əldə etmək istəyir - ŞƏRH

Aİ Çinlə ticarət danışıqlarında konkret nəticələr əldə etmək istəyir - ŞƏRH

Avropa İttifaqı ilə Çin arasında ticarət əlaqələrində mövcud problemlərin, xüsusilə, ticarət balansındakı disbalansın aradan qaldırılması istiqamətində danışıqlar davam edir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Əli Mustafa bildirib ki, Avropa İttifaqı ilə Çin arasında böyük ticarət dövriyyəsi var:

 

“Problemlər də mövcuddur. Bu problemlər daha çox disbalansla bağlıdır. Çindən Avropa İttifaqına daha çox məhsul satılır. Avropa İttifaqı bazarlarındakı Çin malları bu gün həm də qiymətinə görə daha rəqabətqabiliyyətlidir. Bu da Avropa şirkətləri üçün problem yaradır. Ona görə də, onlar bu balans fərqini tənzimləmək istəyirlər. Bildiyim qədər, Avropa İttifaqı ilə Çin arasında hətta ticarət və investisiya məsələlərini nizamlamaq üçün bir platforma yaradılıb. İndi orada hansısa müzakirələr aparılır. Avropa İttifaqının ticarət komissarı ilə Çinin ticarət nazirinin görüşləri olub. Hazırkı vəziyyətdə görünən odur ki, balans Çinin xeyrinədir”.

 

Politoloqun sözlərinə görə, əsas məsələ disbalans problemidir:

 

“Onların arasında ticarət dövriyyəsi, əlaqələr və əməkdaşlıq var. Amma Avropa İttifaqı maraqlıdır ki, elə bir ticarət əlaqəsi olsun ki, bu, hər iki tərəfə sərf etsin. Avropa İttifaqı burada uduzmasın. Çinin bu gün elektrik avtomobilləri, bərpaolunan enerji, enerji məhsulları və s. sahələrdə istehsal etdiyi məhsullar Avropa bazarlarını, demək olar ki, əhatə edib və Avropa malları da onlarla rəqabət apara bilmir. İndi Avropa tərəfi bunu bir formada nizamlamaq istəyir ki, bu ticarət Avropa şirkətlərinə və Avropa mallarına zərər vurmasın, yəni balans bir növ sabitləşsin”.

 

Selcan Xudiyeva

#gündəm #etmək #konkret #ai̇ #nəticələr
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər