Aİ-dən Ukraynaya 90 milyard avro kreditə təsdiq, Zelenskidən tam üzvlük çağırışı
Avropa İttifaqı, Ukrayna üçün uzun müddətdir Macarıstanın etirazına görə gecikən 90 milyard avroluq kredit paketini təsdiqləyib.
Ukrayna Prezidenti Volodimir Zelenski kredit qərarından sonra Aİ-yə tam üzvlük çağırışı edib. Zelenski jurnalistlərə açıqlamasında bildirib: “Ukraynanın simvolik Aİ üzvlüyünə ehtiyacı yoxdur. Biz ortaq Avropa dəyərlərini müdafiə edirik. Aİ-yə tam üzvlüyə layiq olduğumuza inanıram". Ukrayna lideri hakimiyyəti itirən Macarıstanın Baş naziri Viktor Orbanın blokladığı 90 milyard avroluq kreditlə bağlı X platformasında paylaşım edib. Zelenski qeyd edib: “Bu gün müdafiəmiz və Avropa İttifaqı ilə münasibətlərimiz baxımından mühüm gündür. Ukraynaya Avropanın dəstək kreditinin qarşısındakı maneə aradan qalxıb. İki il ərzində 90 milyard avro".
BBC NEWS
Səmayə Səftərova