00:00:00
Yazar
Admin User
27.01.2026 17:07 58 2 dəq oxuma
Sosial

Ailə büdcəsini kim idarə etməlidir?

Ailə büdcəsini kim idarə etməlidir?

Ailə büdcəsinin idarə olunması ailədaxili münasibətlərdə mühüm rol oynayır. Bəzi ailələrdə bu məsuliyyəti kişi, bəzilərində qadın, bəzilərində isə hər iki tərəf birgə daşıyır.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında sosioloq Yusif Nəbiyev bildirib ki, ailəni kim daha funksionaldırsa, o idarə etməlidir:

 

“Kim yaxşı edə bilirsə, o eləsin. Cinsdən asılı deyil, bu insandan asılıdır. Elə qadınlar var ki, həqiqətən evin xərclərini düzgün idarə edə bilir, bir neçə kişinin birlikdə edə bilməyəcəyi işi bacarır. Amma ümumilikdə prioritetləri müəyyənləşdirmək, nə lazımdır, nəyi almaq olar, nəyə bu dəqiqə pul xərcləməyimiz mənasızdır bunları müəyyən etmək bacarığı insana görə dəyişir. Ümumiyyətlə desək, adətən kişilər daha funksionaldır, lakin fərd fərddir və hər kişi özünü təşkil edə bilirsə, bu üstünlükdür.

 

Az vaxtdır, girib marketə lazımlı şeyləri alıb çıxmaq lazımdır. Onu hər dəfə danışırsınız. Məsələn, adam çipsi alır, amma biz ət məhsulları, kolbasa, sosiska kimi məhsullardan daha az istifadə edirik. Alınan məhsula baxıb niyə lazımdır? deyə soruşmaq olar. Bu göstərir ki, nə qədər emosional olsaq, maliyyə qərarlarımız da o qədər yanlış ola bilər. Qadınlar daha emosional olurlar, buna görə bəzən onların maliyyə idarəsi daha zəif görünə bilər. Lakin alış-veriş bəzən stressdən çıxış və xoşbəxtlik üçün bir yoldur. İnsanlar, xüsusilə kişilər, dostları ilə shopping edərək və ya ucuz vasitələrlə özünü rahatladır, bu da emosional qərarların nəticəsidir".

 

Həmçinin mövzu ilə bağlı olaraq vətəndaş fikirlərini də öyrəndik.

 

Asudə Mirzəyeva saytımızla öz fikirlərini bölüşüb:

 

 “Bizdə ailə büdcəsini yoldaşım idarə edir və bədxərclik olmur. Özüm çox bədxərc adam olduğum üçün bu işlərə o baxır. Amma mən ümumi olaraq həmin gün evə nə lazımdırsa, onların siyahısını bir dəftərə qeyd edirəm, sonra deyirəm ki, bəzi ərzaqlar və s. almaq lazımdır, belə daha asan olur".

 

Eyni zamanda Pərvanə Kərimova isə bildirib ki, o düşünür ki, ailə büdcəsi bərabər şəkildə idarə olunmalıdır:

 

"Alacağımız, daha doğrusu ehtiyacımız olan şeyləri aramızda bölüb elə alırıq, belə olanda həm ona ağır olmur, həm də bədxərclik olmur. Əlavə nəyəsə tələbatımız olduqda, təbii ki, alırıq, amma yalnız ehtiyac olduqda. Belə büdcəni idarə edərək qənaət də edə bilirik və rahat olur.”

 

Arzu Poladova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər