00:00:00
Yazar
Admin User
03.02.2026 17:09 45 1 dəq oxuma
Sosial

Ali Məclisin İntizam komissiyasının tərkibi təsdiq edilib

Ali Məclisin İntizam komissiyasının tərkibi təsdiq edilib

Fevralın 3-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il yaz sessiyasının birinci iclasında yaradılan İntizam komissiyasının ilk yığıncağı keçirilib.

 

"İnformator.az" "AZƏRTAC"a istinadən xəbər verir ki, iclasa sədrlik edən komissiyanın üzvü Gülşad Rüstəmova bildirib ki, gündəliyə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 2026-cı il üçün İntizam komissiyası sədrinin, sədr müavininin və katibinin seçilməsi məsələsi daxildir.

 

Qeyd olunub ki, Ali Məclisin 2 fevral 2026-cı il tarixli qərarı ilə İntizam komissiyası yaradılıb və komissiyanın 5 üzvdən ibarət tərkibi təsdiq edilib.

 

Sonra Gülşad Rüstəmova İntizam komissiyasının sədri vəzifəsinə komissiyanın üzvü Məmməd Məmmədovu təklif edib.

 

Gündəlikdə duran məsələ ilə əlaqədar qərar səsə qoyulub, Məmməd Məmmədov İntizam komissiyasının sədri seçilib.

 

İclasda, həmçinin İntizam komissiyasının sədr müavini vəzifəsinə komissiyanın üzvü Vüsal Məmmədzadənin, katibi vəzifəsinə isə komissiyanın üzvü Nuray Əliyevanın namizədlikləri irəli sürülüb.

 

Məsələ ilə əlaqədar qərar səsə qoyularaq qəbul olunub.

 

Bununla da iclas öz işini başa çatdırıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər