00:00:00
Yazar
Admin User
21.11.2025 19:29 110 1 dəq oxuma
Sosial

Ali təhsilin bugünkü üzü

Ali təhsilin bugünkü üzü

Universitetlərin cəmiyyətin gələcək kadr potensialını formalaşdıran əsas müəssisələr olduğu yaxşı məlumdur. Lakin son illərdə tələbələr, valideynlər və mütəxəssislər arasında təhsil keyfiyyətinin aşağı düşməsi ilə bağlı narahatlıqlar artmaqdadır. Dərs proqramlarının yenilənməməsi, praktiki bilik çatışmazlığı, müəllimlərin motivasiya problemi, laboratoriya və texniki bazanın zəifliyi, habelə əmək bazarının tələblərinə uyğun kadr hazırlığında gecikmələr ali təhsilin keyfiyyətinə mənfi təsir göstərir.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında təhsil eksperti Qoşqar Məhərrəmov bildirib ki, Azərbaycanda ali təhsilin bu günkü üzü qənaətbəxşdir deyə bilmərik:

 

“Çünki universitetlərimizin çox azında beynəlxalq səviyyəli təhsilə rast gəlirik. Beynəxalq səviyyəli təhsil dedikdə universitetlərdə siniflərin beynəlxalq səviyyədə inteqrasiyası, internetlə inteqrasiyası, müəllimlərin müasir bacarıqları və müsair şəkildə dərs keçməsinə çox az rast gəlirik. Ümümi müqayisədə bu az bir faizdir. Universitetlər arzu olunan səviyyədə deyil. Bəzi müəllimlərin peşəkarlıq səviyyəsi orta məktəb müəllimlərinkindən aşağıdır. Çünki orta məktəb müəllimlərini son dövrlərdə sertifikasiyaya hazırlaşdığını görürük”.

 

“İnformator.az”a danışan tələbə Jalə Rzayeva bildirib ki, universitetlərdə mexanizm yoxdur:

 

“Təhsil sistemi dəyişməlidir. Məncə yeni ve güclü sistem yaradılmalıdır”.

 

Banuçiçək Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər