00:00:00
Yazar
Admin User
26.01.2015 11:18 383 1 dəq oxuma
Siyasət

Allahşükür Paşazadə: “Azərbaycana İslam fundamentalizmi damğası vurmaq istəyirdilər”

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə 1990-cı ilin 26 yanvarını əbədiləşdirib.
Allahşükür Paşazadə: “Azərbaycana İslam fundamentalizmi damğası vurmaq istəyirdilər”

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə 1990-cı ilin 26 yanvarını əbədiləşdirib.

Şəhidlərin Bakıdan sonra Lənkəranda, Cəlilabadda dəfn edilməsi ilə bağlı 20 yanvar şəhidləri bu gün anılıb. Qafqaz Müsəlmanları İdarəsinin "Böyük konfrans zalı"na toplaşanlar arasında 20 Yanvar şəhidlərinin ailə üzvləri, QMİ-nin Qazılar Şurası və Elmi-Dini Şurasının üzvləri, dövlət rəsmiləri, Azərbaycanda yaşayan müsəlman, xristian və yəhudi dini icmalarının rəhbərləri, tanınmış ictimaiyyət nümayəndələri, elm və din xadimləri olub.

Şeyxülislam Hacı Allahşükür Paşazadə bu gün Azərbaycanın dünyada tanınması və inkişaf etməsinin 20 yanvar günü tökülən qanların hesabına olduğunu deyib: “Biz o günləri yaddan çıxarmamalıyıq. Allah-təala bizə o günü faciə kimi yox, Azərbaycanı təcavüzdən qorumaq üçün göndərdi. Biz də onu dərk elədik. Azərbaycan övladları əliyalın qoşunların qarşısına çıxaraq Azərbaycanın qan yaddaşını yazdılar. Lakin 25 ildir ki, 20 yanvar faicəsi hələ də öz tam qiymətini almamışdır. Xüsusən Azərbaycana İslam fundamentalizmi damğası vurmaq istəyirdilər. Azərbaycan göstərdi ki, tolerant ölkədir və İslamdan ədavət üçün yox, dostluq və birlik üçün istifadə etdilər.”

 Şəhidlərin ruhları üçün İslam, xrsitian və yəhudi dininin qaydalarına uyğun dualar oxunub. Sonda “Qanlı Yanvar” filmi təqdim edilib.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər