00:00:00
Yazar
Nərmin Həşimova
21.07.2026 18:11 42 2 dəq oxuma
Siyasət

"Almaniya Azərbaycanın yaşıl enerji keçidində əsas tərəfdaşlardan biri ola bilər"- AÇIQLAMA

"Almaniya Azərbaycanın yaşıl enerji keçidində əsas tərəfdaşlardan biri ola bilər"- AÇIQLAMA

Azərbaycan ilə Almaniya arasında iqtisadi əməkdaşlığın inkişafı istiqamətində yeni müzakirələr aparılıb. Azərbaycan Prezidenti İlham Əliyev Berlində Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşərək iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın genişləndirilməsi və bu əlaqələrin daha sistemli şəkildə inkişaf etdirilməsi məsələlərini müzakirə edib.


Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycan-Almaniya münasibətlərinin inkişafı hazırda bir neçə istiqamətdə gedir:


“İqtisadi münasibətlərin inkişafında son zamanlar böyük yol qət edilib. Alman şirkətləri həvəslə Azərbaycanda müxtəlif sahələrə investisiyalar yatırırlar. Sevindirici haldır ki, təkcə enerji sahəsinə deyil, digər sahələrə də həvəslə investisiyalar yatırılır. Almaniyanın elektron firmaları Azərbaycanda geniş şəbəkələr açırlar və xüsusilə də alman mallarının Azərbaycan bazarında alıcılıq qabiliyyəti çox yüksəkdir. Bu baxımdan, əlbəttə ki, rəsmi Berlin Azərbaycanla iqtisadi əlaqələrin inkişafında olduqca maraqlıdır.
Eyni zamanda, Almaniya yaşıl enerjiyə keçidi çox uğurlu şəkildə həyata keçirib. Yaşıl enerjiyə keçid məsələsi Azərbaycan üçün, əlbəttə ki, çox böyük bir nümunədir. Düşünürəm ki, Almaniya bu məsələdə Azərbaycana çox böyük dəstək verə bilər.
Digər tərəfdən, Azərbaycanın işğaldan azad edilmiş bölgələrinə investisiyaların yatırılması məsələləri geniş şəkildə müzakirə edilə bilər. İşğaldan azad edilmiş bölgələrə investisiyaların yatırılması üçün çox gözəl imkanlar var və digər ölkələr, xüsusilə də Avropanın ölkələri bu məsələyə çox ciddi şəkildə maraq göstərirlər. Almaniya da bu məsələlərdə aktiv şəkildə iştirak edə bilər. Yəni, ümumilikdə, qeyri-neft sektorunun inkişafı üçün Almaniya ilə iqtisadi əlaqələrin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edən bir məsələdir və görünür ki, dövlət başçısının Almaniyaya səfərində əsas müzakirə mövzuları da məhz iqtisadi əlaqələrin inkişafı olacaq".


Mehriban Yariyeva

#azərbaycanın #bilər"- #gündəm #ola #keçidində
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər