00:00:00
Yazar
Zəhra Həsənova
22.05.2026 21:57 22 1 dəq oxuma
Siyasət

Almaniya NATO-da daha böyük liderlik roluna hazır olduğunu açıqlayıb

Almaniya NATO-da daha böyük liderlik roluna hazır olduğunu açıqlayıb

Almaniya xarici işlər naziri Yohan Vadeful bildirib ki, Almaniya ÜDM-in 5 faizini müdafiə xərclərinə ayırmağa və NATO daxilində daha böyük liderlik məsuliyyəti götürməyə hazırdır.

Nazirin sözlərinə görə, NATO müttəfiqləri ötən il Haaqada keçirilən zirvə görüşündə alyansın gələcək inkişafı ilə bağlı mühüm qərarlar qəbul ediblər. O qeyd edib ki, “NATO 3.0” konsepsiyası çərçivəsində həm transatlantik əməkdaşlığın gücləndirilməsi, həm də Avropanın təhlükəsizlik sahəsində rolunun artırılması hədəflənir.

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında siyasi şərhçi Kənan Novruzov bildirib ki, Almaniyanın bu qərarının ümumi NATO daxilindəki vəziyyətə təsir eləyəcəyini düşünmürəm və mən NATO-nun getdikcə zəifləyəcəyini proqnozlaşdıran analitiklər sırasındayam ki, NATO getdikcə zəifləyəcək:

"Baxmayaraq ki, üzvlərinin sayı artır, amma NATO daxilində ABŞ və Avropa arasındakı fikir ayrılığı zəruri edir ki, bu proses getdikcə dərinləşsin və nə qədər ki, ABŞ-də Donald Tramp hakimiyyətdədir, Avropa ilə  fikir ayrılığı davam eləyəcək müxtəlif regionlarla, müxtəlif situasiyalarla bağlı və bu da ümumi NATO daxilindəki vəziyyətə təsir edəcək. Bu baxımdan Almaniya öz-özlüyündə həlledici aktor deyil. Almaniyanın müdafiə xərclərinin artırması və yaxud iddiaları, təşəbbüsləri həll edici deyil və bu NATO-nu strateji xarakterli proqnozlardan xilas edə bilməyəcək".

Aişə Mustafayeva

#gündəm #açıqlayıb #böyük #daha
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər