00:00:00
Yazar
Nərmin Həşimova
11.06.2026 23:42 20 3 dəq oxuma
Maraqlı

Almaniyada başlanan “ömür”

Almaniyada başlanan “ömür”

Bu “ömür” çox əzablı, məşəqətli olsa da Zal təhsil xatirinə hər şeyə dözür. 1920-ci ilin əvvəllərində Zal Almaniyada Frayburq dağ-Mədən Akademiyasının tələbəsi kimi dərslərə başlayır. Yenicə başlanan uğur bir necə ay sonra Zalı qərib ölkədə böyük çətinliklərlə üz-üzə qoyur. Buna səbəb isə Azərbaycanda Sovetlərin hakimiyyətə gəlməsi olur. Dəfələrlə müraciət etmələrinə baxmayaraq Sovet hökuməti Avropaya təhsil dalınca gedən bütün tələbələrin təqaüdlərini kəsir.
      

Əlacı kəsilən Zal təhsilini davam etdirmək üçün gecələr mis mədənlərində, kömür şaxtalarında fəhlə kimi işə başlayır. Gündüzlər oxuyur, gecələr süb səhərə kimi ağır şəraitdə calışır. Çox kecmir ki, gərkin və çətin iş şəraiti Zalın səhətində problemlər yaradır. 1923-cü ildə akademiyadakı təhsilini yarımcıq qoymağa məcbur olur. Amma Zalın nəyin bahasına olursa-olsun burada yüksək təhsilə yiyələnmək arzusu qalib gəlir. Səhəti bir az yaxşılaşan kimi, Zal yenidən 1923-cü ilin sonlarında Almaniyanın Drezden şəhərindəki Ali Texniki Məktəbin inşaat fakültəsinə daxil olur və 1928-ci ildə buranı əla qiymətlərlə başa vurur.


“İnşatçı-mühəndis” diplomuna nail olan Zal istəməsə də təhsilini başa vurmaq xatirinə 1922-ci ildə Almaniyada təhsil alan tələbələrin yaratdığı “Sovetlər ittifaqı” təşkilatına yazılır. Baxmayaraq ki, Almaniyanın o zaman ki, qanunlarına əsasən alman vətəndaşı olmayan heç bir şəxs, mühacir bu təşkilatın üzvü ola bilməzdi. Lakin Zal gizli olaraq təşkilatla əməkdaşlığa başlayır və onun üzvü olur. Arxiv sənədlərindən bəlli olur ki, Zal Məmmədlinin Almaniyadakı kommunist fəaliyyəti haqqında Moskva və Bakı Mərkəzi Komitələrinin məlumatı olub. Odur ki, Zal 1928-ci ildə Almaniyada təhsilini başa vurub Moskvaya qayıdarkən onu ÜİK (b) P qəbul edərək ixtisasına uyğun iş də təklif edirlər. Zal isə öz vətəninə qayıtmağ arzusunda olduğunu bildirir və Bakıya gəlir.
         
Bakıda bolşeviklər “Cümhuriyyət tələbəsi” olan Zalı kommunist olduğu üçün yaxşı qarşılayır və onu Azərbaycan Dövlət Layihə İnistitutna direktor təyin edirlər. Bu təyinat Zalın həyatına uğur gətirir. Çox gənc yaşlarında Zal Məmmədli ölkənin bir necə nüfuzlu təşkilatlarına rəhbərlik edir. Məsələn, ölkəmizdə1932-45-ci illər kimi ağır, zidiyyətli bir dövrdə Azərbaycan Kommunal Təsərrüfatı Nazirliyində tikinti idarəsinin rəisi, Azərbaycan Dövlət Plan Komitəsində tikinti bölməsinin müdiri, Nazirlər Soveti nəzdindəki incəsənət işləri idarəsində abidələrin tikintisi və bərpası şöbəsinin rəisi vəzifələrində çalışır.      
                                       

Pedaqoji fəaliyyəti
Zal Məmmədli Almaniyada aldığı təhsili öz vətənində böyük həvəslə gənclərə təbliğ edib. İlk olaraq 1928-ci ildə N.Nərimanov adına texnikumda pedaqoji fəaliyyətə başlayan Zal sonralar Azərbaycan Politexnik İnistitutunda və Azərbaycan Dövlət Universitetin də davam etdirib. Hər iki ali məktəbdə uzun illər xarici dillər kafedrasına rəhbərlik edən Zal müəllim deyilənə görə mükəmməl olaraq 7 dildə danışmağı, yazmağı bilirmiş.
                         

Sürgünün bir addımlığında
Zal Məmmədov haqqında Hafiz Sadığın “Unutsaq, unudarlar” (Bax: “İnşaatçı” qəzeti 15 iyun 1994) sərlövhəli məqaləsindən aydın olur ki, Zal Məmmədlini dəhşətlərlə dolu 37-nin “ağuşundan” Tanrının möcüzəsi qutarıb. Belə ki, bir gün Zal Məmmədli Partiya İnistitutunda çıxış edərkən onun çıxışı “inistitutun direktoru professor Novodvorskinin və partiya xadimi Həmid Sultanovun xoşuna gəlmir. Zal kimi savadlı azərbaycanlı oğulları “həzm” edə bilməyən Novodvorski elə oradaca tələb edir ki, “Zaı maskalanmış xalq düşmənidir, bizim partiya sıralarında belələrinə yer yoxdur”. Dərhal Zal Məmmədlinin Azərbaycan Kommunist  (b) Partiyası sıralarından azad edilməsi məsələsi qoyulur. Məsələnin təsdiqi üçün məlumat M.C.Bağırova catır. Xoşbəxtlikdən M.C.Bağırov bu məsələyə ciddi yanaşmır. Elə məsələ bunula da bitir. Bu Tanrının Zala bəxş etdiyi ən böyük xoşbəxtlik idi. Yoxsa “xalq düşməni”nin ailəsi kimi xanımı Bilqeyis və üç övladı həbslər də sürgünlər də çürüməli idilər.
                                  

Xoşbəxt ailə sahibi
1933-cü ildə ailə quran Zal ailəcanlığı və xoşxasiyyəti ilə də çoxlarına nümunə olub. Bir qız, iki oğul atası olan Zal ilk olaraq onların təhsili tərbiyəsi ilə daha ciddi məşğul olub. Hər üçünə ali təhsil verməklə yanaşı onları vətənpərvər, millətsevər ruhda böyüdüb. 99-dan biri olan Zal Məmmədli Cümhuriyyətçi tələbələr arasında bəxti gətirənlərdən olmuşdur ki, sürgünlərin, həbslərin qurbanı olmamış, ömrünü Vətən həsrəti ilə qürbətdə başa vurmamış.

 

BDU-nun professoru Qərənfil Dünyaminqızı

#Zal Məmmədli #həyatı #təhsili
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər