00:00:00
Yazar
Admin User
23.10.2025 15:52 122 1 dəq oxuma
Sosial

Almaniyada sürətləndirilmiş vətəndaşlıq proqramının ləğvi

Almaniyada sürətləndirilmiş vətəndaşlıq proqramının ləğvi

Almaniya hökuməti miqrasiya siyasətində mühüm dəyişiklik edərək “sürətləndirilmiş vətəndaşlıq proqramı”nı ləğv edib. Qərar son aylarda artan mühacir axını və ictimai narahatlıqlar fonunda qəbul olunub.

 

Mövzu ilə bağlı politoloq Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, bu qərar Almaniyanın miqrasiya siyasətində yeni mərhələnin başlanğıcıdır:

 

“Əvvəlki qaydalara əsasən ailə üzvləri və mühüm elmi, iqtisadi və sosial nailiyyətləri olan şəxslər sürətləndirilmiş prosedurla vətəndaşlıq ala bilirdilər. Yeni dəyişikliklərə görə isə bu müddət 5 ilə qədər uzadılıb. Artıq heç kim qısa müddətdə Almaniya vətəndaşlığı əldə edə bilməyəcək. Mes hökumətinin bu qərarı vətəndaşlığı olmayan şəxslər üçün ciddi məhdudiyyətlər yaradır. Bu, Almaniyanın miqrasiya siyasətində sərtləşməyə doğru yön aldığını göstərir. Qərarın əsas məqsədi Almaniyada sosial sabitliyi qorumaq və miqrasiya axınını nəzarət altına almaqdır. Almaniya hazırda yeni bir dönəmə qədəm qoyur. Hökumət bu addımı sosial gərginliyin azaldılması və cəmiyyətə inteqrasiyanın gücləndirilməsi məqsədilə atır. Miqrantların vəziyyətini yüngülləşdirmək və onların cəmiyyətə uyğunlaşmasını təmin etmək üçün sistemli islahatlara ehtiyac duyulur. Bu dəyişikliklər təkcə Almaniya üçün deyil, bütövlükdə Avropa İttifaqı miqrasiya siyasəti üçün də siqnal xarakteri daşıyır. Avropa miqrant məsələsində getdikcə daha liberal, eyni zamanda nəzarətli yanaşmaya keçir. Almaniya bu prosesdə önəmli rol oynayır və digər Avropa ölkələri üçün istiqamətverici mövqedədir”.

 

Fatimə Hüseynli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər