00:00:00
Yazar
Lalə Qafarova
16.04.2026 20:54 21 1 dəq oxuma
Siyasət

Almaniyadakı həmvətənlərimizin nəzərinə: Kölndə səyyar konsulluq xidməti göstəriləcək

Almaniyadakı həmvətənlərimizin nəzərinə: Kölndə səyyar konsulluq xidməti göstəriləcək

 

Azərbaycanın Almaniyadakı səfirliyi 25-26 aprel 2026-cı il tarixlərində Köln şəhərində səyyar konsulluq xidmətləri həyata keçirəcək. Bu barədə səfirliyin “X” hesabında məlumat paylaşılıb. Xidmət Almaniyada yaşayan Azərbaycan vətəndaşları üçün nəzərdə tutulub.

 

Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a  bildirib ki, Almaniya və Azərbaycan arsında münasibətlərin inkişafı təbii ki, səyyar konsulluq fəaliyyəti kimi məsələlərdə də prioritet təşkil edir:

 

"Bu xidmətin artırılması Azərbaycanın diaspor siyasətinin aktiv fazada işləməsi deməkdir. Azərbaycan-Almaniya münasibətlərinin yeni mərhələsi zəruri və dövr üçün aktual sahələrdə inkişaf edir. Təbii ki, səyyar konsulluq fəaliyyəti bu münasibətlərin yeni və önəmli mərhələsi sayıla bilər. Səyyar konsulluq fəaliyyəti eyni zamanda xaricdə yaşayan vətəndaşların siyasi proseslərdə fəal iştirakına müsbət təsir göstərəcək".

 

Mələk Hüseynova

#xidməti #nəzərinə: #gündəm #səyyar
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər