00:00:00
Yazar
Zəhra Həsənova
03.08.2026 20:38 26 2 dəq oxuma
Siyasət

“Amur layihəsi Rusiyanın Çindən asılılığını daha da artıra bilər”- Açıqlama

“Amur layihəsi Rusiyanın Çindən asılılığını daha da artıra bilər”- Açıqlama

Çin və Rusiya arasında nəqliyyat əlaqələrini yeni mərhələyə daşıyacaq ilk transsərhəd kanat yolunun əsas konstruksiyası tamamlanıb. Amur çayı üzərində inşa edilən layihənin  əsas konstruksiyasının tamamlanması iki ölkə arasında mühüm nəqliyyat və əməkdaşlıq layihəsinin icrasında növbəti mərhələ hesab olunur.

Mövzu ilə bağlı politoloq Tural İrfan "İnformator.az"a açıqlamasında bildirib ki, Rusiya və Çin arasında Amur çayı üzərində tikilən dünyada ilk transsərhəd kanat yolu sərhəd bölgəsində sürətli sərnişin axını, turizm və yerli ticarət əlaqələrinin dərinləşməsi baxımından strateji və iqtisadi əhəmiyyət daşıyır:

 

" Bu layihənin iki ölkənin Uzaq Şərq və Şimal-Şərq regionları arasındakı inteqrasiyanı fiziki olaraq gücləndirəcəyi nəzərdə tutulur. Bu kanat yolu Rusiyanın Blaqoveşensk şəhəri ilə Çinin Heyhe şəhərini, Heyluncan əyalətini birləşdirir. 2022-ci ildə açılan avtomobil körpüsü və mövcud bərə xətti ilə birlikdə vahid sərhədkeçmə infrastrukturu yaradır. Eyni zamanda, viza rejiminin sadələşdirilməsi perspektivləri fonunda sərhədyanı turizmin kəskin artmasına şərait yarada bilər. Qlobal sanksiyalar və dəyişən geosiyasi konfiqurasiyalar dövründə Rusiya-Çin quru sərhədində insan və xidmət mübadiləsini maksimum dərəcədə operativləşdirir. Əsasən Ukrayna ilə müharibə fonunda məruz qaldığı məhrumiyyətləri Rusiya, xüsusilə Çinlə əlaqələr nəticəsində inkişaf etdirmək, boşluqları doldurmaq istəyir. Ukraynada kollektiv Qərb qarşısında duruş gətirmək üçün Çindən dayaq kimi istifadə edir. Mümkündür ki, tədricən Çin iqtisadi cəhətdən Rusiyanı təsiri altına salsın. Çünki müharibə Rusiyanı artıq asılı duruma salıb. Hər bir halda, bu münasibətlərin inkişafı ABŞ və Avropanın diqqətini çəkir və onları maneələr, alternativlər və çətinliklərlə bağlı növbəti variantları nəzərdən keçirməyə təşviq edir".


Mehriban Yariyeva

#daha #yeni #layihəsi #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər