00:00:00
Yazar
Admin User
07.01.2026 18:28 228 2 dəq oxuma
Sosial

"Ana dili milli kimliyin əsas sütunudur"

"Ana dili milli kimliyin əsas sütunudur"

“Əgər biz müstəmləkəçilik illərində dilimizi qoruya bilmişiksə və bizim əcdadlarımız onu bizə əmanət veriblərsə, necə ola bilər ki, biz bu gün dilimizi qorumayaq? Bəzən bilərəkdən, bəzən bilməyərəkdən dilimizə daxil olan xarici kəlmələr - onlar dilimizi zənginləşdirmir və o kəlmələri istifadə edənləri daha ağıllı etmir”,- deyə dövlətimizin başçısı bildirib.

 

Mövzu ilə AMEA Nəsimi adına Dilçilik İnstitutunun aparıcı elmi işçisi dosent Təranə Şükürlü “İnformator.az”a açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin dövlət idarəçiliyində ana dilinin qorunmasına və inkişafına göstərilən diqqət davamlı xarakter daşıyır:

 

“Prezident İlham Əliyevin Azərbaycan dilinin saflığının qorunması ilə bağlı tapşırıqları, çıxışları Azərbaycan dövlətinin dil siyasətində milli-mənəvi dəyərlərin qorunmasına, dilin saflığının və inkişafının təmin edilməsinə yönəlmiş diqqətini əks etdirir.

Prezident İlham Əliyevin ardıcıl və uğurlu dövlət siyasətində ana dilinin qorunması və zənginləşdirilməsi məsələləri həmişə önəmli yer tutub.

Dil bir millətin kimliyi, tarixi yaddaşı və mədəni irsinin əsas sütunudur.

Dilin saflığının hər dövrdə qorunması vacibdir. Rəqəmsal mühit ədəbi dilin təbiətinə yeni baxış gətirib. Eyni zamanda, internetin yaratdığı qloballaşma imkanları Azərbaycan dilinin beynəlxalq informasiya məkanında təbliğinə də şərait yaradır. 

Prezident İlham Əliyevin həm dil siyasəti, həm çıxışları aydın istiqamətlər müəyyənləşdirir. Dili sevən xalq özünü və gələcəyini qoruyur. Ana dilinə hörmət milli kimliyə hörmət deməkdir. Prezident İlham Əliyevin ana dilinə göstərdiyi xüsusi diqqət də bu həqiqətdən qaynaqlanır. Dövlət başçısı yerli televiziya kanallarına müsahibəsində bu məsələyə münasibətini belə ifadə edib: “Bu, böyük nailiyyətdir. Mən hesab edirəm ki, xalqımızın böyüklüyüdür ki, biz başqa dillərin təsirinə düşməmişik”. Dilin daşıyıcısı xalqdır. Dil xalqın ən böyük mənəvi sərvətidir”.

  

Müsahib Cənab İlham Əliyevin Azərbaycan dilinin inkişafı və təbliğində özünün nümunəvi mövqeyi ilə seçildiyini qeyd edib:

 

“Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində deyib: “Biz bütün dövrlər ərzində dilimizi qorumuşuq və bu gün danışdığımız Azərbaycan dili bizim ulu babalarımızın danışdığı Azərbaycan dilindən fərqlənmir. Bu, böyük nailiyyətdir. Mən hesab edirəm ki, xalqımızın böyüklüyüdür ki, biz başqa dillərin təsirinə düşməmişik”.

Ana dilimizin saflığını qorumaq gələcəyimizi, kimliyimizi və milli dirçəlişimizi qorumaq deməkdir. 

Cənab İlham Əliyev Azərbaycan dilinin inkişafında, təbliğində özü örnək olur. Prezident İlham Əliyevin dil siyasətində ana dilinə hörmət , onun inkişafına qayğı və ana dilini təbliğ etmək əsas yer tutur. Çünki ana dili xalqın tarixinin, mədəniyyətinin, milli-mədəni ənənələrinin ifadəçisidir”.

 

Zəri Bayramlı 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər