Andrey Babiş: Bugünkü forum əməkdaşlığımızı intensivləşdirərək irəli aparacaq
Bugünkü forum əlbəttə ki, bizim əməkdaşlığımızı intensivləşdirərək irəli aparacaq və bu, bizim üçün çox önəmlidir. Çünki biz əminik ki, şirkətlərimiz əla məhsul və xidmətləri təklif edirlər.
"İnformator.az" xəbər verir ki, bu sözləri Çexiyanın Baş naziri Andrey Babiş Azərbaycan-Çexiya biznes-forumunda çıxışı zamanı deyib.
“Biz birgə müəssisə yaratmağa, insanlarınızı işə götürməyə, tədqiqat və araşdırmaya investisiya yatırmağa, universitetlərlə əməkdaşlıq etməyə hazırıq və ölkəmizdə böyük potensial mövcuddur”, - Baş nazir əlavə edib.