00:00:00
Yazar
Admin User
21.11.2025 13:16 109 1 dəq oxuma
Sosial

Antibiotiklər uşaqlar üçün sağlamlıq riski yarada bilər

Antibiotiklər uşaqlar üçün sağlamlıq riski yarada bilər

Uşaqlarda antibiotik istifadəsi geniş yayılmış olsa da, bu dərmanların nəzarətsiz verilməsi ciddi sağlamlıq riskləri yarada bilər. 

 

 

Mövzu ilə bağlı pediatr Samirə Nağıyeva "İnformator.az"a açıqlamasında bildirib ki, həkim nəzarəti olmadan antibiotik qəbulu növbəti müalicə zamanı çətinliklər yaradır:

 

 

"Həkimin tibbi göstərişi olduğu zaman yeni diaqnoza əsasən bəzən xəstəlik müalicəsi üçün, qorumaq məqsədi üçün və s. bu kimi hallarda dərmanın növü, adı, dozası, müddəti, bunların hamısını həkim təyin etməlidir. Mütəxəssisin göstərişi olmadan antibiotik teyin etmek olmaz. Valideynlər bu qrup dərmanları övladlarına verməzdən öncə dərmanların hazırlanma qaydasına, saxlanma şəraitinə diqqət etməlidir. Qəbul saatlarına və əsas da həkimin təyin etdiyi günlərin sayına riayət etmək mütləqdir. Analar övladları bir az yaxşılaşan kimi müalicəni tam davam etdirmir. Bu düzgün hərəkət deyil. Həkim nəzarəti olmadan antibiotik qəbulu mikrobların dərmana qarşı dirənc qazanmasına səbəb olur, növbəti müalicə addımlarında çətinliklər yaradır".

 

Səmayə Səftərova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər