00:00:00
Yazar
Admin User
15.01.2026 16:04 85 2 dəq oxuma
Sosial

Aqressiya: Zəifliyin maskası, yoxsa gücün ifadəsi?

Aqressiya: Zəifliyin maskası, yoxsa gücün ifadəsi?

 

Aqressiya çox vaxt gücün, cəsarətin və özünəinamın göstəricisi kimi təqdim olunur. Ucadan danışan, təzyiq göstərən, qorxudan və ya qarşı tərəfi susduran insanlar adətən “güclü” sayılır.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında psixoloq Nizami Orucov bildirib ki, çox vaxt aqressiya daxili qorxuların və güvənsizliyin maskası olur:

 

“İnsan özünü zəif, təhlükə altında və ya nəzarəti itirmiş hiss etdikdə bunu açıq şəkildə ifadə etmək əvəzinə aqressiya ilə kompensasiya edə bilər. Psixoloji baxımdan aqressiya bəzən “məni incitməyin” mesajıdır. Həqiqi güc isə sakitlik, özünü idarə edə bilmək və sərhədləri zorakılıq olmadan qoruya bilməkdir. Uşaqlıqda zorakılıq görən və ya davamlı təzyiq altında böyüyən insanlar aqressiv davranışlara daha meyilli ola bilirlər. Çünki onlar üçün aqressiya tanış və öyrənilmiş bir ünsiyyət formasıdır. Uşaq yaşlarında hisslərini sözlə ifadə etməyi yox, güc yolu ilə özünü qorumağı öyrənən insan bunu yetkinlikdə də davam etdirə bilər. Bu, seçimdən çox, öyrənilən davranış modelidir. Bir çox cəmiyyətlərdə sakitlik və emosional nəzarət zəifliklə, aqressivlik isə güclə səhv salınır. Ucadan danışan, təzyiq göstərən insanlar daha görünən olur və bu davranış “özünü ifadə etmək” kimi yozulur. Psixoloji baxımdan sözünü demək aqressiya ilə yox, aydınlıq və sərhədlərlə mümkündür. Aqressiyanı normallaşdırmaq cəmiyyətdə sağlam ünsiyyət mədəniyyətinin zəifləməsinə səbəb olur. Yəni aqressiya çox vaxt gücün yox, idarə olunmamış qorxuların və keçmiş zədələrin göstəricisidir. Əsl güc insanın öz emosiyalarını tanıması, onları idarə edə bilməsi və qarşı tərəfi əzmədən öz mövqeyini qoruya bilməsidir”.


Banu Məmmədova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər