00:00:00
Yazar
Admin User
08.05.2023 17:09 343 1 dəq oxuma
Maraqlı

Araşdırma: Birgə bank hesabı olan cütlüklərin evliliyi daha uzun çəkir

Araşdırma: Birgə bank hesabı olan cütlüklərin evliliyi daha uzun çəkir

Yeni bir araşdırmaya görə, ortaq bank hesabı olan və maliyyələrini birlikdə idarə edən cütlüklərin nikahları daha uzun olur.

 

İnformator.az Trt Haber-ə istinadən xəbər verir ki, ABŞ-da nəşr olunan “Journal of Consumer Resource” jurnalında aparılan araşdırmalar çərçivəsində 230 cütlük iki il ərzində müşahidə edilib.

 

Araşdırmaya daxil edilən cütlüklərin dörddə üçünün ağdərili, 12 faizinin qaradərili olduğu, ev təsərrüfatlarının orta gəlirinin 50 min dollar olduğu, cütlüklərin 10 faizinin uşaq sahibi olduğu qeyd edilib.

 

Tədqiqatçılardan biri İndiana Universitetinin Marketinq Departamentindən Jenny Olson ilk dəfə evlənən 230 cütlüyün əvvəlcə ayrı-ayrı bank hesabları ilə prosesə başladığını, daha sonra iştirakçıları 3 qrupa ayırdığını bildirib.

 

Olson birinci qrupa ayrı-ayrı bank hesabları ilə davam etmək, ikinci qrupa ortaq hesaba keçmək, üçüncü qrupa isə özləri qərar vermək tapşırıldığını bildirib.

 

Ortaq bank hesabı açacaqları deyilən cütlüklər arasındakı bağın ayrı hesabı olanlara nisbətən əhəmiyyətli dərəcədə daha güclü olduğu müşahidə edilib. 

 

Olson ayrı hesabı olan cütlüklərin maliyyə əlaqələrini "mübadilə" olaraq gördüklərini ifadə edib. O, həmin cütlüklərin "Sənə kömək edirəm, çünki daha sonra sən də mənə kömək edəcəksən" məntiqi ilə hərəkət etdiklərinə diqqət çəkib.

 

Olson ayrı-ayrı bank hesabı olan cütlüklərin əksəriyyətinin münasibətlərinə son qoymağın potensial olaraq daha asan olduğu qənaətinə gəldiklərini vurğulayıb.

 

Məryəm

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər