Araşdırma: Eşitmə cihazları erkən mərhələlərdə demans riskini azalda bilir
Eşitmə problemi olan insanlarda erkən mərhələlərdə cihazdan istifadənin demans riskini azaltdığını ortaya qoyan araşdırmanın nəticələri açıqlanıb.
İnformator.az BBC-yə istinadən xəbər verir ki, araşdırma 10 il ərzində 438.000-ə yaxın insanın məlumatları araşdırılaraq aparılıb. Araşdırma nəticəsində eşitmə insanların erkən mərhələlərdə eşitmə cihazlarından istifadə etmələrinin demans riskini azaltmağa kömək etdiyi ortaya çıxıb.
Demans yaddaşı, düşüncəni və gündəlik işləri yerinə yetirmək qabiliyyətinə təsir edən müxtəlif xəstəliklər üçün istifadə edilən ümumi bir termindir.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, hazırda dünyada 55 milyon insan demensiyadan əziyyət çəkir. 2050-ci ilə qədər bu rəqəmin üç dəfə artacağı gözlənilir.
Fatima Mustafayeva
