00:00:00
Yazar
Admin User
13.01.2026 16:00 66 2 dəq oxuma
Sosial

Arıqlamaq istəyənlər üçün plan

Arıqlamaq istəyənlər üçün plan

Qış ayları arıqlamaq istəyənlər üçün ən çətin dövrlərdən biri hesab olunur. Soyuq hava, fiziki aktivliyin azalması, daha kalorili qidalara meyl və gün işığının qısalması maddələr mübadiləsinə birbaşa təsir edir. Bir çox insan məhz bu dövrdə çəkisini qorumaqda və ya azaltmaqda çətinlik çəkir. Lakin düzgün planlaşdırılmış qidalanma strategiyası, mövsümə uyğun məhsulların seçimi və balanslı həyat tərzi ilə qış aylarında da sağlam şəkildə arıqlamaq mümkündür. 

 

Mövzu ilə bağlı “İnformator.az”a müsahibəsində dietoloq Xumarə İsgəndərli bldirib ki, qış aylarında orqanizmin enerji ehtiyacı artsa da bu, yüksək kalorili və faydasız qidalara yönəlmək demək deyil:

 

“Menyuda zülal baxımından zəngin qidalar (yumurta, yağsız ət, balıq, qatıq, kəsmik) mütləq olmalıdır, çünki zülal toxluq hissini uzadır və maddələr mübadiləsini aktiv saxlayır. Lifli qidalar həzmi tənzimləyir və çəki artımının qarşısını alır. Qış üçün xüsusilə vacib olan isti, lakin yüngül yeməklər tərəvəz şorbaları, buxarda bişmiş yeməklər həm tox saxlayır, həm də kalorisi az olur. Həmçinin C və D vitamini ilə zəngin məhsullar immuniteti gücləndirərək arıqlama prosesinə dəstək verir. Fiziki aktivliyin azalması avtomatik olaraq gündəlik enerji sərfiyyatının düşməsi deməkdir. Bu halda pəhrizdə sadə karbohidratların miqdarı azaldılmalı, porsiya ölçüləri yenidən tənzimlənməlidir. Enerji balansını qorumaq üçün zülal və lif üstünlüklü rasion seçilməli, axşam saatlarında ağır yeməklərdən qaçınılmalıdır. Ev şəraitində edilən yüngül məşqlər, pilləkən qalxmaq, qısa gəzintilər belə maddələr mübadiləsinin yavaşlamasının qarşısını ala bilər. Yəni aktivlik azalırsa, qida keyfiyyəti daha da ön plana çıxmalıdır. Su qəbulunun azalması da ciddi səhvdir, çünki qışda susuzluq hissi zəifləsə də orqanizmin suya ehtiyacı dəyişmir. Bundan əlavə, sürətli arıqlamaq məqsədilə sərt pəhrizlərə başlamaq maddələr mübadiləsini zəiflədir və sonradan daha sürətli çəki artımına səbəb olur. Qışda əsas hədəf arıqlamaqla yanaşı sağlamlığı qorumaq və balansı saxlamaq olmalıdır”.

 

Ədilə Hüseynzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər