00:00:00
Yazar
Admin User
26.01.2016 10:00 452 1 dəq oxuma
Siyasət

AŞPA-da Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müzakirələr başlayıb

Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında yaranmış vəziyyətin müzakirəsi başlayıb
AŞPA-da Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müzakirələr başlayıb

Strasburqda Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyası çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafında yaranmış vəziyyətin müzakirəsi başlayıb.

İnformator xəbər verir ki, bu gün AŞPA-nın deputatları Azərbaycanın işğal olunmuş ərazilərinə dair iki hesabatı müzakirə edəcək.

Robert Uolterin (Böyük Britaniya) \"Dağlıq Qarabağ və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması\" hesabatının müzakirəsində AŞPA-nın 45 deputatının çıxışı gözlənilir. R.Uolter artıq AŞPA-nın üzvü olmadığından hesabatı sessiya iştirakçılarına AŞPA deputatı Moqens Yensen təqdim edib.

Bu gün, həmçinin deputat Militsa Markoviçin (Bosniya və Herseqovina) \"Azərbaycanın qəsdən sudan məhrum edilmiş sərhəd rayonlarının sakinləri\" adlı hesabatının da müzakirəsi ediləcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər