00:00:00
Yazar
Admin User
06.09.2023 19:54 595 2 dəq oxuma
Maraqlı

Astrologiya: Elm, yoxsa xurafat?

Astrologiya: Elm, yoxsa xurafat?

Yəqin ki, ən az bir dəfə də olsa, “bürcün nədir?” sualı ilə qarşılaşmışıq. Hətta “astrologiyaya inanmıram” deyənimiz belə gündəlik bürc proqnozuna baxıb.  Maraqlıdır, bürclərə inanmağımız üçün nə kimi əsaslar var? Onların dəqiqliyindən necə əmin olaq? 

 

Astroloq Firudin Qurbansoy deyir ki, qədim zamanlarda 3 dəqiq elm olub ki, onlardan biri məhz astrologiyadır. Burada proqnozlar nəinki ölkələrə görə, hətta həmin ölkələrin müxtəlif ərazilərindəki insanlara görə belə dəyişir. Bu özü işin necə dəqiqliklə aparıldığının sübutudur. Məsələn, Naxçıvanda olan bir insanın proqnozu ilə, Lənkarandakı birinin proqnozu eyni ola bilməz. Təbii ki, proqnozu hansı münəccimin də verdiyi çox önəmlidir. Onun bu sahə ilə bağlı yetərli qədər biliyə sahib olması başlıca şərtdir. Bəziləri deyir ki, bürclərə inanmaq günahdır. Amma bürc məsələsi Quranda belə öz əksini tapıb. 

 

Proqnozları  oxuyarkən “gününüz uğursuz keçəcək” kimi cümlələrlə qarşılaşanda “ mənasızdır, onsuz da inanmıram” deyib keçirik. Amma “istədiyiniz hər nədirsə yaxında sizin olacaq” deyilərsə, buna çox içdən inanırıq. Psixoloq Nuriyyə Quliyevanın sözlərinə görə, bu insanların gerçək olmasını istədiyi şeyləri eşitmək və təsdiqlənmək istəyi ilə bağlıdır. Biz heç kimə astrologiya yalandır, inanmayın deyə bilmərik. Çünki bu bir elmdir. Amma gərək həmin proqnozları oxuyarkən oradakı şərhlərə çox qapılmasınlar. Bunu asılılıq dərəcəsinə gətirmək doğru deyil. Psixoloji cəhətdən bağlılıq onunla əlaqədardır ki, insanlar həmişə arzuladıqları şeylərin təsdiqləndiyini eşitmək istəyirlər. Ona görə də pozitiv şərhləri oxuyarkən buna içdən inanırlar. 

 

Son olaraq deyə bilərik ki, bürclərə inanıb inanmamaq sizə qalan mövzudur. Əsas odur, inancından asılı olmayaraq, çalışaq bir-birimizin fikirlərinə hörmətlə yanaşaq. 

 

Nəzrin Malik

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər