00:00:00
Yazar
Admin User
23.05.2023 19:04 350 1 dəq oxuma
Maraqlı

Ata qızına verdiyi sözü tutaraq beş gün atı ilə yol getdi

Ata qızına verdiyi sözü tutaraq beş gün atı ilə yol getdi

Türkiyədə ata qızına verdiyi sözü tutaraq 5 günə Silivridən Çanaqqalaya gəldi.

 

İnformator.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Atçılıq Federasiyasının lisenziyalı "dayanıqlı atlı"sı olan Selman Kerse Çanaqqala Onsəkkiz Mart Universitetində (ÇOMU) təhsil alan qızı Zeynep Kerseyə verdiyi sözə əməl edərək atı ilə İstanbulun Silivri bölgəsindən Çanaqqalaya gedib.

 

Əlverişsiz hava şəraitinə baxmayaraq 5 gündə 300 kilometrdən çox yol qət edən ata ÇOMU Dərzioğlu Kampusunda qızı ilə görüşüb. Kampusda duyğulu anlar yaşanıb.

 

Səfərin onun üçün çox çətin olduğunu söyləyən Kerse: "Hər şey qızım üçün idi, çox xoşbəxtəm. Hazırda çox emosionalam, qızım üçün darıxmışdım. Qızım dediyinə əməl etdi və universiteti bitirdi, mən də sözümü tutdum”, - deyə fikirlərini ifadə edib.

 

Nahid

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər