00:00:00
Yazar
Admin User
30.12.2025 11:30 95 2 dəq oxuma
Sosial

Atasız və ya anasız böyüyən uşaqların sosial adaptasiyası

Atasız və ya anasız böyüyən uşaqların sosial adaptasiyası

Atasız və ya anasız böyüyən uşaqların həyatı bir çox baxımdan digər uşaqlardan fərqlənir. Onlar ailə dəstəyindən məhrum olduqları üçün sosial bacarıqlarını inkişaf etdirməkdə və ətraf mühitə uyğunlaşmaqda çətinliklərlə üzləşə bilirlər.


Mövzu ilə əlaqədar Ailə və Uşaq psixoloqu Aynur İsmayılova “İnformator.az”a açıqlamasında bildirib ki, atasız anasız böyüyən uşaqlarda sosial adaptasiya digər uşaqlara nisbətən aşağı olur:


"Belə ki, onlarda özgüvən problemi olduğu üçün ümumən davranış pozuntuları cəmiyyətə adaptasiyalarında olsun, insanlarla ünsiyyətdə olsun, daim əziyyət çəkirlər. Çünki ata ananın əvəzini bəzi hallarda tərbiyəçi də əvəz edə bilmir. Ümumiyyətlə bu uşaqlar ana-ata qayğısına möhtac şəkildə böyüdükləri üçün daim şübhə içindədirlər və güvən problemləri var. Məktəb uşaqlara daha çox sosiallığı aşıladığı və məktəbdə bilik bölüşməsi, təlim tərbiyə qaydaları, bu uşaqlarıın qismən güvən problemini bərpa edir.
Bu uşaqların özünə inamını bərpa etmək üçün məktəbin onlara verdiyi qayda, qanun və eyni zamanda müəllimlərin onlara aşıladığı tərbiyə sistemində də uşağın özünə inamını artıran nüanslar vardır. Belə ki, keçirilən dərslər, ibtidai siniflərdə qurulan hekayələrin özəlliyi, oynanılan qrup oyunları və yaxud imtahan nəticələrinə görə uşaqlara olan münasibət. Bunlar hamısı uşaqlarda özünə inamı bərpa edir. Ümumiyyətlə, uşağın özünə inamını bərpa etmək üçün heç bir halda onu başqa uşaqlarla müqayisə etməmək lazımdır. Hər bir uşağa individual yanaşmaq lazımdır. Bu zaman uşaqların özünə inamı yüksək səviyyədə olacaq. Özünə inam və özünə güvənli şəxsiyyət bu cəmiyyətin öndə gedən şəxsiyyətlərindəndir”.


Səadət Əlizadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər