00:00:00
Yazar
Admin User
10.09.2015 07:47 437 1 dəq oxuma
Sosial

Avro və dollara rəqib valyuta

Pul vahidinin adının \"Алтын\" (Altın -Qızıl) olacağı deyilir
Avro və dollara rəqib valyuta

Rusiya Prezidenti Vladimir Putin, Dumaya göndərdiyi bir qanun layihəsi ilə Avrasiya İqtisadi Birliyi ərazisində ortaq pul vahidinin yaradılmasını təklif edib.

Yeni ortaq pul vahidinin adının \"Алтын\" (Altın -Qızıl) olacağı danışılır.

Türkcə bir kəlmə olan\"Алтын\"ın seçilməsi Rusiyada suallar doğurur.

Lakin müasir Rusiyanın yerləşdiyi coğrafiyada mövcud olmuş Monqol Qızıl Ordu Dövlətində 15-inci əsrdən başlayaraq 400 il ərzində \"Алтын\" pul vahidi olaraq istifadə edilib.

Tarixi dəyəri münasibətilə Türkcə olmasına baxmayaraq, \"Алтын\" sözü uyğun görülüb.

Əgər layihə qanuniləşərsə avro və dollar bölgələrinə rəqib olaraq Avrasiya məkanında yeganə pul vahidi olan bir \"Altın\" zonası yaranacaq. Avrasiya İqtisadi Birliyi Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstanı əhatə edir. \"Алтын\"ın 2020-ci ilə qədər istifadəyə verilməsi planlaşdırılır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər