00:00:00
Yazar
Admin User
12.01.2026 19:02 47 2 dəq oxuma
Siyasət

Avropa İttifaqı İrana yeni sanksiyalar tətbiq edə bilər

Avropa İttifaqı İrana yeni sanksiyalar tətbiq edə bilər

Avropa İttifaqı (Aİ) hökumət əleyhinə etirazların amansız şəkildə yatırılması nəticəsində yüzlərlə insanın ölümü səbəbindən İrana qarşı yeni sanksiyalar tətbiq edə bilər.

Bunu Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas “Politico”ya müsahibəsində bildirib.

 

Mövzu ilə bağlı siyasi şərhçi Əli Mustafa “İnformator.az”a açıqlamasında bildirib ki, yeni sanksiyaların tətbiqi Aİ-İran arasındakı gərginliyi artıra bilər:

 

“Avropa İttifaqının İrana qarşı sanksiyalar tətbiq etməsi, əlbəttə, İran üçün arzuolunan deyil və onun vəziyyətini daha da ağırlaşdırır. Əgər bu yeni sanksiyalar tətbiq olunacaqsa, bölgədəki gərginlik bir qədər də artacaq və qarşıdurma dərinləşəcək. Onsuz da Avropa və ABŞ ilə indiki İran rejimi arasında kifayət qədər ciddi problemlər mövcuddur. Bu yeni addımlar münasibətlərdəki ziddiyyəti daha da artıracaq. İran hesab edir ki, ona qarşı ədalətli davranılmır. Xüsusilə sanksiyalar məsələsində İran düşünür ki, nə Avropa İttifaqı, nə də ABŞ doğru siyasət yürütmür. Bu baxımdan, yeni sanksiyalar münasibətləri daha da kəskinləşdirəcək.

İranın iqtisadi vəziyyəti onsuz da olduqca ağırdır və bu sanksiyalar bu vəziyyəti daha da pisləşdirəcək. Sanksiyaların rejimin davranışlarına real təsiri olacağını düşünmürəm. Çünki , artıq ən sərt dövrlər baş verib və bu qədər sərt qarşıdurmanın təkrarlanması çətin görünür. Yalnız xarici müdaxilə olarsa, bəlkə o zaman fərqli vəziyyət yaranar”.

 

Siyasi şərhçinin sözlərinə görə İran özünü qorumaq üçün mümkün sərt addımları atır:

 

“Hazırda İran rejimi özünü qorumaq üçün mümkün olan bütün sərt addımları atır etirazçıların güllələnməsindən tutmuş həbsinə qədər, nümayişlərin məhdudlaşdırılmasına qədər. Rejim bu tədbirləri "ixtişaççılara qarşı mübarizə" adı altında aparır. Amma reallıqda zərər çəkənlərin çoxu sadə etirazçılardır. Artıq yüzlərlə insan həyatını itirib və ölkədə üç günlük matəm elan edilib.

Sanksiyalar rejiminin əsas məqsədi özünü qorumaqdır. Bu məqsədlə lazım olan hər şeyi edir. Yəni, sanksiyalar rejim üçün ikinci plandadır. Amma təbii ki, Avropa və ABŞ-nin münasibətləri sərtləşdikcə, İranla münasibətləri sərtləşdirəcək. Eyni zamanda, mümkündür ki, arxa planda bu gərginliyi azaltmaq üçün gizli şəkildə cəhdlər göstərsin”.

 

Zəri Bayramlı 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər