00:00:00
Yazar
Nərmin Həşimova
14.07.2026 17:14 78 2 dəq oxuma
Siyasət

“Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa ciddi meyli var”- DEPUTAT

“Avropa İttifaqının Azərbaycanla əməkdaşlığa ciddi meyli var”- DEPUTAT

Azərbaycan Avropa İttifaqı (Aİ) və onun üzv dövlətləri ilə əməkdaşlığın daha da genişləndirilməsi üçün əhəmiyyətli potensiala malikdir.

Bu barədə Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev IV Şuşa Qlobal Media Forumu çərçivəsində müsahibəsində bildirib.

 

Mövzu ilə bağlı Milli Məclisin deputatı Hikmət Babaoğlu “İnformator.az”a açıqlamasında bildirib ki, Hikmət Hacıyevin Avropa İttifaqı ilə Azərbaycan münasibətlərindən danışarkən böyük potensiala malik olduğunu ifadə etməsi iki tərəf arasında obyektiv gerçəkliklərin ifadə edilməsidir:


 “Bu əməkdaşlığın gələcəyi ilə  bağlı həm də Azərbaycanın mövqeyinin ifadə edilməsidir. Əslində, bu, bir zərurətə çevrilib, hörmətli Hikmət Hacıyev də onu deyir. Çünki Azərbaycan yaratdığı kommunikasiyalar vasitəsilə Avropa İttifaqı ilə əməkdaşlıq üçün ciddi bir logistika formalaşdırıb. Bu Azərbaycanın özünün resursları vasitəsilə birbaşa Avropa İttifaqı ilə iqtisadiyata gələn dərinləşmə üçün vacibdir. İkincisi, Mərkəzi Asiya ölkələri ilə Avropa İttifaqı arasında mühüm bir körpü yaratmaqla mükündür.Bu körpü artıq yaradılıb. Əgər biz dünənə qədər Avropa İttifaqı ilə Azərbaycan arasında sadəcə enerji təhlükəsizliyindən danışırdıqsa, artıq biz bu gün çoxsaylı digər şaxələnmiş istiqamətlər üzrə tərəfdaşlıqdan danışırıq. O cümlədən yaşır enerji,  müasir innovativ texnologiyalar və s. kimi istiqamətlər üzrə. Ona görə də düşünürəm ki, hər şeydən öncə müasir geosiyasi vəziyyət də bu əməkdaşlıq üçün mümkün şərait
yaradır. Azərbaycan sayəsində geosiyasi vəziyyət isə sabitdir.  İqtisadiyyatla tərəfdaşlıq da məzmun etibarilə sabitlikdə mümkündür. Yəni, müharibə yaxud münaqişə olan bir coğrafiyada hər hansı əməkdaşdan söhbət belə getmir”.


Deputat vurğulayıb ki, Avropa İttifaqının Azərbaycanla əməkdaşlığın dərinləşməsində bu cür həvəslə yönəlməsinin bir səbəbi də həmin qeyri-sabitlikdir:


“Yaxın Şərqdə baş verən qeyri- sabitlik, müharibə, münaqişələrdir. Ona görə də, geosiyasi kontekstdə də mənə elə gəlir ki, Hikmət Hacıyevin səsləndirdiyi, məhz bu məntiqə hesablanmış fikirlər potensialın tərkib hissəsi kimi, Avropa İttifaqı- Azərbaycan münasibətləri potensialın tərkib hissəsi kimi çıxış edir. Ona görə də bu əməkdaşlıq heç şübhəsiz həm  ilk növbədə Azərbaycanın milli maraqlarına uyğundur, həm də regionda sülhün davamlı olması və iqtisadi əməkdaşlığın dərinləşməsinə,  region ölkələri ilə əməkdaşlığın inteqrasiyasına da xidmət edə bilər”.


Nurgün Qənizadə

#Avropa İttifaqı #Azərbaycan #əməkdaşlıq
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər