00:00:00
Yazar
Admin User
10.02.2026 12:03 68 1 dəq oxuma
Siyasət

Avropa onları “cəhənnəm hücumları” ilə hədələyir

Avropa onları “cəhənnəm hücumları” ilə hədələyir

Macarıstanın xarici işlər naziri Peter Siyarto Gürcüstanın “Rustavi 2” televiziya kanalına verdiyi müsahibədə bildirib ki, Avropa Birliyi Gürcüstana hücum edir, çünki Tiflisdəki hökumət mühafizəkar, vətənpərvər, sağçı və suverendir.

 

"Sizin hökumətinizə hücum edilir, çünki o, mühafizəkar, vətənpərvər, sağçı və suverendir. Brüssel bunu bəyənmir. Bundan əlavə, onlar uğurludurlar. Bilirsiniz, əsas axına qarşı olan hökumət uğurlu olduqda Brüssel bunu bəyənmir. Onlar bizə eyni səbəbdən hücum edirlər",- Siyarto deyib.

 

Macarıstanlı nazir həmçinin əlavə edib ki, Brüsselin əsas axınına uyğunlaşmayan hökumətlər "cəhənnəm siyasi hücumları" ilə üzləşirlər.

 

Mövzu ilə bağlı politoloq Tural İrfan “İnformator.az”a açıqlamasında bildirib ki, Avropa Birliyinin Gürcüstana təzyiqləri Rusiyanın təzyiqləri qədər təhlükəli deyil:

 

“Gürcüstanda hakimiyyətin tam Qərbə meylli olmasını tələb edən siyasilər reallıqları qəbul etmək istəmirlər. Saakaşvili nümunəsi var. Rusiyanın ölümcül hücumları və təzyiqləri hələ aktuallığını saxlayır. Avropa Birliyinin Gürcüstana siyasi hücumlarının da müəyyən səbəbləri var. Onlar da istəyir ki, hazırki Gürcüstan hakimiyyəti tamamilə Rusiyanın ağuşuna atılıb müstəqilliyini itirməsin. Macarıstanlı nazirin dediyi kimi, Qərb də Gürcüstanı öz təsirinə salmaqda maraqlıdır. Amma AB-nin Gürcüstana təzyiqlərinin öldürücü olması siyasi mübaliğədir. Mühafizəkar və sağçı hökumətlərə qarşı sərt mövqe sərgilənsə belə, bu heç də Rusiyanın təzyiqlərindən ağır ola bilməz. Gürcüstanda hələ AB-nin maraqlarını ifadə edən hökumət meydana gəlməyib”.


Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər