Avropa Oyunlarının alovqoruyanları-
Avropa Oyunlarının könüllüləri Avropa Oyunlarının Azərbaycanda keçirilməsi Azərbaycan xalqı üçün çox sevindirici bir haldır. Hər bir kəsin bu məsuliyyətli işdə zəhməti var. O cümlədən könüllülərin.
İnformator xəbər verir ki, Avropa Oyunları zamanı bu işə 12 mindən çox könüllü cəlb edilib. Təkcə Bakı Dövlət Universitetindən 3000-ə yaxın tələbə könüllü kimi fəaliyyət göstərir. Könüllülərin Avropa Oyunlarında candan iştirakı, yerli və xarici vətəndaşlara xidməti, hər bir idmançıya xüsusi qulluğu bəyənilir və alqışlanır. Könüllülərin işləri təkcə bununla bitmir. Onlar həmdə üzlərindəki təbbəssümlə Azərbaycan xalqının necə mehriban və qonaqpərvər bir xalq olduğunu hər kəsə göstərirlər. Azərbaycanın bu gözəl, fərəhli günlərində könüllülərin işləri çox məsuliyyətlidir. Bizim vətənpərvər könüllülər bəzən günün istisində insanların xidmətində dururlar, bəzən əsəbi və yorğun idmançılarımızla məşğul olur, bəzən də qüsurlu idmançıların hər bir işinə kömək olurlar. Bu qədər çətin və məsuliyyətli işin arasında yenə də təbəssümlərini gizlətmirlər. Artıq Avropa Oyunlarının başlamasından xeyli vaxt keçib. Bu vaxt ərzində bir çox uğurlara imza atılıb. Qızıl medalların sayına görə, ölkəmiz 2-ci yerdə qərarlaşıb. Qalibiyyətimizdə könüllülərin də əziyyəti böyükdür.
BDU, Kitabxanaçılıq və İnformasiya fakültəsinin I kurs tələbəsi Fəridə Əmirova
BDU, Kitabxanaçılıq və İnformasiya fakültəsinin I kurs tələbəsi Fəridə Əmirova könüllü olmağı ilə fəxr edir. “Bu dərəcə qürürlanacağımı düşünməmişdim. Həqiqətən də ancaq könüllü olanda anladım dövlətimə xidmət etmək bir şərəf oldu. Bir sözlə könüllü olmaq çox xoş təəssürat bağışladı. Çox dəyərli insanlar tanıdıq, gözəl dostlar qazandıq”. Fəridənin onlara “özlərindən razı” deyənlər bir cavabı var: “Mənim özümdən razı görünməyim sadəcə fəxrdir. Fikrimcə könüllük Azərbaycanda kifayət qədər inkisaf etmədiyindən insanlar bizə fərqli düşüncəylə yanaşırlar. Könüllülük yardım, dəstək və sairdir, özündən razılıq deyil.”
BDU Jurnalistika fakültəsi, II kurs tələbəsi Qoşqar Bəylərov
Kiməsə xeyrim dəyəndə sevinirəm deyən II kurs tələbəsi Qoşqar Bəylərov isə deyib ki, könüllü olanda dövlətimə xeyir verirəm: “ Buna isə yalnız sevinmək olar. Üstəlik könüllü kimi öz sahəndə çalışırsansa bu əlavə bir xoşbəxtlikdir. Həm təcrübə toplayıram, həm də xarici idmançılar və işçilərlə ünsiyyət qurmaqla xarici dilimi təkmilləşdirirəm. Mən könüllü kimi mətbuat sahəsində çalışıram. Əsas işimiz idmançılarla yerli və xarici mətbuat nümayəndələrinin əlaqəsini yaratmaqdan ibarətdir. İşimdən məmnunam. Məncə hər kəs belə beynəlxalq tədbirlərdə iştirak etməlidir. Fikrimcə hər şey pul deyil. Puldanda da dəyərli şeylər qazanmaq olar. Məsələn; təcrübə, dünyagörüşü, sosial aktivlik, yeni dostlar və s. Bizim ölkədə könüllü olmaq deyəndə insanların ağlına ya "məcburi könüllü" olmaq gəlir, ya da pulsuz olduğuna görə heç əhəmiyyət vermirlər. Lakin, yuxarıda qeyd etdiyim kimi puldan daha vacib şeylərin olduğunu unutmamalıyıq. Siyasi baxışlarından asılı olmayaraq (iqtidar və ya müxalifət) hər bir vətəndaş öz ölkəsini ən yaxşı mövqedən tanıtdırmalıdır. Məncə, bu bizim ən ümdə vətəndaşlıq borclarımızdan biridir. Lakin, təəssüf hissiylə deməliyəm ki, bu gün Azərbaycanda könüllülük çox inkişaf etməyib. Götürək avtobus sürücülərini. Hər bir könüllüyə ictimai nəqliyyatdan pulsuz istifadə etməyə icazə verildiyi halda, bəzi avtobus sürücüləri hələ də gediş haqqını ödəməyi təkidlə tələb edirlər. Bu onlara bu haqda sərt xəbərdarlıq edilməməsinin göstəricisidir. Mən öz adıma deyə bilərəm ki, gələcəkdə də bu gün olduğu kimi bu və bunun kimi tədbirlərdə iştirak etməyi özümə borc biləcəm. Ümid edirəm elə bir vaxt gələcək ki, bizim ölkəmizdə də könüllü olmaq deyəndə hamı özünü bir qırağa çəkib dayanmayacaq. Dövləti üçün, ölkəsi üçün könüllü olmağı özünə borc biləcək. Sevinirəm ki, bu gün də bunu dərk edən gənclərimiz az deyil.”
BDU Jurnalistika fakültəsi, II kurs tələbəsi Leyla Əfqan
Leyla Əfqanın sözlərinə görə isə, könüllü olmaq çox xoş bir şeydir. “Ən əvvəl onu qeyd edim ki, könüllülük sizə yeni tanışlıqlar, dostluqlar qazandırır. Daha pozitiv və daha isti bir ortamda oluruq. Burda hər kəs eyni işi görür, hər kəs bir-birinin dilindən anlayır. Biz hətta istəmədən belə bir-birimizə yaxınlaşırıq, dostlaşırıq. Çünki hamı vahid məqsəd ətrafında toplaşıb. Bacardığımız qədər öz vəzifəmizin öhdəsindən gəlməyə çalışdıq. Biz öz pozitivliyimiz, güləruz simamızla xaricdən gələn əcnəbi qonaqlarımıza göstərməyə çalışdıq ki, biz çox gülərüz, mehriban xalqıq. O ki qaldı könüllülüyün inkisafina, məncə, bu bir ilk idi. Və sırf Avropa oyunları ilə bağlı yaranmış bir şey idi. Biz də bacardığımız qədər alovqoruyanlar olaraq əlimizdən gələni etdik. Mən könüllülüyü bir missiya, vəzifə kimi deyil, həyat tərzi kimi qəbul edirəm. Məncə, günlük həyatda hər kəs pozitiv, yardımsevər və gülərüz ola bilər. Bu elə də çətin deyil,”- deyə Leyla ifadə edib.
Müəllif:Elnur Məmmədzadə
Kitabxanaçılıq və İnformasiya fakültəsinin tələbəsi
