00:00:00
Yazar
Admin User
24.06.2015 08:22 505 1 dəq oxuma
Siyasət

Avropa Oyunlarının keyfiyyətini heç kim sual altına qoya bilməz

Avropa Oyunları Əməliyyat Komitəsinin əsas işi idmanla məşğul olmaqdır
Avropa Oyunlarının keyfiyyətini heç kim sual altına qoya bilməz

Avropa Oyunları Əməliyyat Komitəsinin əsas işi idmanla məşğul olmaqdır. Avropa Olimpiya Komitəsi, Avropanın idman federasiyaları və idmançılar da bu oyundan razılıq edirlər. Bakı-2015 Avropa Oyunları Əməliyyatlar üzrə baş direktor Saymon Kleq Avropa mətbuatında bu yarışlarla bağlı qərəzli mövqedən verilən tənqidi yazılara belə münasibət bildirib. Onun sözlərinə görə, idman yarışlarının keyfiyyətini heç kim sual altına qoya bilməz. Yarışların bitməsinə 5 gün qalıb. Hamı əlindən gələni edir ki, bu yarışlar beynəlxalq standartlara uyğun idman yarışları səviyyəsində keçirilsin. Ötәn günki yarışları 17 mindәn çox tamaşaçının izlәdiyini deyən Saymon Kleq Bakını tərk edən idmançıların sayını da açıqlayıb. İyulun 23-ü 1500 idmançı vә rәsmi şәxs ölkəsinə qayıdıb. Əməliyyatlar üzrə baş direktor onların Bakını ununtmayacağına əmin olduğunu xüsusi vurğulayıb. Belə ki, Tәşkilat komitәsi bütün iştirakçılara xatirә medalı tәqdim edib. Saymon Kleq bunu onlar üçün dәyәrli hәdiyyә hesab etsə də, әsas xatirәnin ilk Avropa Oyunlarında iştirak vә Bakı haqqında tәәssürat olduğunu deyib. Ənənəvi mətbuat konfransında o da vurğulanıb ki, oyunları işıqlandırmaq üçün ümumәn 1288 media nümayәndәsi akkreditasiyadan keçib. Bakı Olimpiya Stadionunda bağlanış mərasiminin keçirilməsi üçün hazırlıq işlərinə start verilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər