00:00:00
Yazar
Səadət Əlizadə
28.04.2026 18:37 20 1 dəq oxuma
Siyasət

Avropa Parlamentində Qətərlə aviasiya sazişinə yenidən baxmağa çağırıblar

Avropa Parlamentində Qətərlə aviasiya sazişinə yenidən baxmağa çağırıblar

Avropa Parlamentinin deputatı Daniel Freund bildirib ki, Avropa Komissiyasının sabiq yüksək vəzifəli məmuru ilə bağlı korrupsiya şübhələri fonunda Avropa İttifaqı (Aİ) ilə Qətər arasındakı aviasiya sazişinə yenidən baxılmalı və ya razılaşma dayandırılmalıdır.

 

"İnformator.az" xəbər verir ki, D. Freund bu barədə Avropa Parlamentinin Strasburqda keçirilən plenar sessiyasındakı dinləmələr zamanı bildirib.

 

Aİ-nin 2024-cü il büdcəsinin icrasına dair hesabatın müzakirəsi çərçivəsində çıxış edən Freund qeyd edib ki, işdən çıxarılan Henrik Hololey ətrafındakı vəziyyət presedentsizdir. Onun sözlərinə görə, bu, Avropa Komissiyasının nalayiq davranış ittihamları fonunda belə bir yüksək vəzifəli dövlət qulluqçusunu faktiki olaraq kənarlaşdırdığı ilk haldır.

 

Freund vurğulayıb ki, Qətərlə "açıq səma" sazişi üzrə danışıqlarda məhz Hololey iştirak edib. Bununla əlaqədar deputat sazişin məmurun ehtimal olunan rüşvət alınmasının təsiri altında bağlanan ola biləcəyindən narahatlığını ifadə edib.

#baxmağa #baki #azərbaycan #yenidən
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər