00:00:00
Yazar
Nərmin Həşimova
07.06.2026 18:38 28 7 dəq oxuma
Maraqlı

Avropada təhsil

Avropada təhsil

Bu danılmaz bir faktdır ki, Azərbaycan Xalq Cümhuriyyəti varlığının ilk günlərindən daha çox maarif, elm, təhsil məsələlərinə qayğı ilə yanaşmış, xüsusi diqqət yetirmişdir. Heç də təsadüfü deyil ki, 1918-ci il mayın 28-də Azərbaycanın müstəqilliyi elan edildiyi gün “Fətəli xan Xoyskinin sədirliyi ilə yaradılmış birinci hökumət kabinəsində Xalq Maarifi Nazirliyi də təsis olundu. Hökumətin həyata keçirdiyi ən mühüm tədbirlərdən biri də müxtəlif sahələrdə ali təhsilli mütəxəssislər hazırlamaq üçün yüz nəfər azərbaycanlı gəncin Avropanın ali məktəblərinə göndərilməsi olmuşdu.


“Azərbaycan Parlamentinin 1919-cu il sentyabrın 1-də keçirilən 70-ci iclasında Bakı Dövlət Universitetinin təsisi ilə yanaşı, 1919-20-ci tədris ilindən başlayaraq, yüz nəfər azərbaycanlı gəncin Hökumət hesabına təhsil almaq üçün xarici ölkələrin nüfuzlu ali məktəblərinə göndərilməsi haqqında məsələ də müzakirə edilmişdi”.
      ​
Parlametdə qoyulan bu məsələ parlament üzvüləri tərəfindən çox yaxşı qarşılanmış onlar ölkənin hər tərəfli inkişafı üçün tələbələrin xarici ölkələrdə ali təhsil almağa göndərilməsi məsələsini alqışlamışlar. Hökumət də bu işin reallaşması üçün dövlət xəzinəsindən “7 milyon manat vəsait ayırmışdı. Bura daxil idi Avropa ali məktəblərinə göndərilən hər tələbəyə ayda 400 frank təqaüd və 1000 frank yol xərci, Rusiya ali məktəblərinə göndəriləcək tələbələrə isə hər ay 3 min rubl təqaüd və 1000 manat yol xərci”.
         
M.Ə.Rəsulzadənin sədrlik etdiyi müsiflər heyəti tərəfindən diqqətlə seçilən tələbələrdən “10 nəfər İngiltərəyə, 23 nəfər İtaliyaya, 45 nəfər Fransaya, 9 nəfər Türkiyəyə göndərilməsi planlaşdırılsa da, nəticədə Xalq Maarif Nazirliyi tərəfindən xaricə göndərilən tələbələrdən 49 nəfərə Almaniyaya, 27 nəfərə Fransaya, 4 nəfərə İtaliyaya, 1 nəfərə İngiltərəyə, 6 nəfərə isə Türkiyənin müxtəlif ali məktəblərinə göndərilmələri barəda rəsmi sənəd imzalanıb. Qalan 13 nəfər isə Rusiyaya göndərilməli idi. Lakin Rusiyada vətəndaş müharibəsi başladığına görə ora göndərilməsi nəzərdə tutulan 13 tələbə gedə bilmədi.  
        ​

Seçilən tələbələr 1920-ci ilin 14 yanvarında Parlament və hökumət nümayəndələrinin, tanınmış ziyalıların, xeyriyyəçilərin xeyir-duası ilə təntənəli şəkildə yola salınırlar. Hökumət tələbələrin Batuma getməsi üçün xüsusi vaqon da ayırır. Bu işdə hökumətə yenə də dəstək olan milyionçu-xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev olur. Bu haqda "Azərbaycan" qəzetin də və arxiv sənədlərində xeylaq faktlar var. Faktlardan belə bəlli olur ki, əcnəbi ölkələrə təhsil almağa göndəriləcək tələbələrin qəbul etdiyi şərtlər H.Z.Tağıyev tərəfindən təsdiq olunmuş maddələrin əsasında hazırlanmışdır. Böyük xeyriyyəçi-milyonçunun şərtləri belə idi:

1. Hər tələbəyə təhsil müddəti ərzində 50 manat veriləcəkdir. Yay tətillərində Qafqaza gəliş-gediş xərcləri də ayrıca ödəniləcəkdir.
2. Tələbə ali təhsilini bitirdikdən sonra mütləq vətəninə dönərək öz ölkəsinə xidmət edəcəkdir.
3. Tələbə qeyri-türklə evlənməyəcəkdir.
4. Tələbə təhsilini bitirib həyata atıldıqdan sonra təhsil müddəti ərzində Hacı Zeynalabdindən aldığı pulları Xeyriyyə Cəmiyyətinə birdəfəlik və yaxud da hissə-hissə ödəyəcəkdir.
     ​
Azərbaycan parlamentinin xüsusi dövlət komissiyası H.Z.Tağıyevin maddələrini redaktə edərkən çox təəssüflər ki, 3-cü maddəni ixtisara salmışdır. (Bu da danılmaz bir faktdır ki, ana hansı millətin nümayəndəsidirsə, övlad da daha çox o millətə meylli  olur). Yeri gəlmişkən, H.Z.Tağıyevin hər bir tələbəyə ayırdığı vəsait zamanına görə böyük məbləğ idi.
     ​


Hökumətin diqqət və qayğı ilə yanaşdığı bu məsələyə mətbuat da önəm veribdir. Xüsusən də “Azərbaycan” qəzeti. Qəzetdə bu məsələdən bəhs edən onlarla məqalələr, elanlar var. Məsələn,  9 dekabr 1919-cu il tarixli sayın da çap olunan "Müsəlman tələbələrin xarici ölkələrə göndərilməsi" sərlövhəli məqalədə bu haqda ətraflı məlumat verilib. Müəllif yazır ki, hökumət bu tədbiri mütəşəkkil həyata keçirmək məqsədilə tələbələrin nümayəndələrindən ibarət təşkilat yaradır və təşkilat bürosuna sədr Teymur bəy Aslanov seçilir. Teymur bəy Aslanov və maarif nazirliyinin nümayəndəsi Şaxtaxtinski lazımi yol vəsiqələri almaq üçün Tiflis və Batum şəhərlərinə yola düşür.
         
Nəhayət xaricə göndərilən tələbələr 14 yanvar 1920-ci də hökumət üzvüləri və xalq tərəfindən təntənəli şəkildə yola salınırlar. Bu haqda “Bəsirət” qəzeti yazırdı: “Gedənləri yola salmaq üçün stansiyaya çoxlu adam, qohum-əqrəba, yoldaşlar və tanışlar, elm və mədəniyyət işçiləri, ədiblər, şairlər, mühərrirlər, müxtəlif partiyaların nümayəndələri gəlmişdilər. Onlar vağzalın böyük salonunda toplaşmışdılar. Məclisi Balaxanı məktəbinin müəllimi Seyidbağır Axundzadə açdı. Səmədağa Ağamalıoğlu, İbrahim Əbilov, Əhməd Pepinov, Salman Mümtaz qürbətə gedənlərə nəsihət və məsləhət verdilər. Gedənlər Cabbar Qaryağdı oğlunun heyratamiz səsi aıtında vətəndən yola düşdülər”.
        

Burada bir faktı qeyd etmək istərdim ki, hökumətin xaricdə təhsil almaq üçün göndərməyi qərarlaşdırdığı 100 tələbədən 99 –u yola düşür. Onlardan biri- Miryusif Seyid Cənab oğlu Mir Abdullazadə qəflətən vəfat etdiyi üçün xaricə 99-nəfər gənc yola salınır.  
         

Min bir arzu-istəklə xaricə təhsil üçün üz tutanb gənclər 1920-ci ilin 11 fevralında Parisə çatırlar. Onlar burada Paris Sülh Konfransında iştirak edən Azərbaycan nümayəndə heyəti tərəfindən yüksək səviyyədə qarşılanır və buradan təhsil almaq üçün Avropanın müxtəlif şəhərlərinə yola düşürlər.
          
Çox təəssüf ki, böyük istək və həvəslə Avropada təhsil almağa gələn bu gənclərin taleyi Aprel işğalından sonra çox acınacaqlı oldu. Bolşevik hökuməti tələbələrə maddi yardım etməkdən imtina etdikdə onlar ümidlə Nəriman Nərimanova müraciət etdilər. 9 avqust 1920-ci il də N.Nərimanovun şəxsi təşəbbüsü və sədirliyi ilə Azərbaycan İnqilab Komitəsinin iclası krçirildi. İclasda N.Nərimanovun təkidilə xaricə göndərilən bu tələbələrin təhsillərini başa vurmaları üçün vəsait buraxılması, onlara hər çür maddi yardım edilməsi məsələsi qaldırıldı və məsələ Xalq Maarifi və Xalq Xarici İşlər Komissarlıqlarına həvalə edildi. Bütün bunları qanuniləşdirmək üçün N.Nərimanov Azərbaycan SSR Xalq Komissarları Sovetinin sədri kimi xüsusi qərar imzaladı və Bəhram Axundovu xaricdə oxuyan azərbaycanlı tələbələrin işləri üzrə xüsusi müvəkkil təyin etdi. Bundan sonra B.Axundov azərbaycanlı tələbələrin oxuduqları xarici ölkələrin paytaxlarına ezam olundu. Çox cətinliklə ezamiyyətini başa vuran xüsusi müvəkkil 1922-ci ilin martında Azərbaycan SSR Xalq Kommisarları Sovetinin sədri N.Nərimanova hesabat təqdim etdi. N.Nərimanov həmin hesabat əsasında xaricə oxumağa gedən azərbaycanlı tələbələrə təhsillərini davam etdirmək üçün lazımı şəraiyin yaradılmasını tapşırdı.
       ​
1922-ci ilin sonlarında N.Nərimanov Moskvaya işə aparıldıqdan sonra xaricdə oxuyan azərbaycanlı tələbələrə münasibət yenə dəyişildi. Bolşevik hökuməti maddi yardımı kəsdi. Belə olduqda tələbələrin böyük əksəriyyəti təhsil haqqını ödəyə bilmədilər. Günü-gündən acınacaqlı vəziyyətə düşən tələbələrdən intihar edənlər, həbsə düşənlər və bütün ömrünü qürbətdə başa vuranlar da oldu. Çox çətinliklərlə təhsilini başa vurub gələnlərin isə əksəriyyəti “antisovet” təbliğatın qurbanına cevrildilər. Çox az bir qismi isə öz doğma vətənində yad kimi, hər çürə təqiblərə məruz qalaraq 1950-60-cı illərə kimi “yaşadılar”.
        ​
Hörmətli və əziz oxucum. Yəqin sənin üçün də maraqlıdır ki, bu tələbələr kimlər idi və onların hər birinin sonrakı taleyi necə oldu. Avropaya yüksək təhsil almaq üçün yola düşərkən belə bir and içmişlər: “Qadir Allah və öz vicdanım qarşısında söz verir və and içirəm ki, Azərbaycana sədaqətimi müqəddəs və sarsılmaz tutacaq, bundan sonra ondan başqa vətən tanımayacaq, Azərbaycan vətəndaşlarının bütün vəzifələrini dönmədən yerinə yetirəcək və Azərbaycan Cümhuriyyətinin səadəti naminə can-başla qulluq edəcək, onun üçün nə güçümü, nə əmlakımı, nə də, lazım gələrsə, həyatımı belə əsirgəməyəcəyəm. Qoy bu andı yerinə yetirməkdə Allah mənə yar olsun!”.
     
    
Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Avropanın ən nüfuzlu ali məktəblərinə göndərilməsini qərarlaşdırdığı 100 (əvəllki məqalədə də qeyd etmişdik ki, bu 100 tələbədən biri Miryusif Seyid Cənab oğlu Mir Abdullazadə qəflətən vəfat edib), gedən isə 99-z tələbədən biri də Zal Məşədi Cavad oğlu Məmmədli idi.
       
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında Məmmədov Zal Məmmədcavad oğlu kimi qeyd edilən Zal Məşədi Cavad oğlu Məmmədlidir. İlk  ondan başlamağımın səbəbi odur ki, xaricə təhsil dalınca gedən azərbaycanlı tələbələrin arasında nisbətən bəxti gətirən, vətənə dönə bilən, vətəndə repressiya tüğyanından canını qurtulan və 1969-cı ilə qədər yaşayan Zal Məmmədlidir.
        
Əslində Zal bütün bunlara on görə nail olmuşdur ki, o xaricdə təhsil almaq xatirinə gizli olaraq Almaniyada Kommunist Partiyası sıralarına daxil olmuşdur. (Bu haqda aşağıda geniş bəhs edəcəyəm).  
     
  
Avropaya təhsil almaq arzusu ilə gedən 99-tələbənin 19-u Şuşadan olub. Onlardan on tələbə Almaniyaya, yeddisi Fransaya, biri Odessaya, biri də Rusiyaya göndərilib. Almaniyaya gedən tələbələrdən biri də Zal Məşədi Cavad oğlu Məmmədli idi. O, 1898-ci ildə Şuşa da tacir ailəsində anadan olub. Çox erkən atasını itirən Zal anası Gülər xanımın və böyük qardaşı Talıbın himayəsində böyüyüb. Talıb Azərbaycan Xalq Cümhuriyyət Parlamentinin katiblərindən biri olub. Hər vasitə ilə qardaşına mükəmməl təhsil vermək üçün calışan Talıb ilk olaraq Zalı Şuşada rus-tatar məktəbinə, sonra isə 1910-cu ildə Gəncədə klassik gimnaziyaya qoyur. Zal 1918-ci ildə bu məktəbi fərqlənmə ilə başa vurur. Elə bu fərqlənmə diplomu ilə də xaricdə təhsil almaq şansına sahib olur.


BDU-nun professoru Qərənfil Dünyaminqızı

#Avropa #təhsil #tələbə #seçilən
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər