00:00:00
Yazar
Admin User
11.11.2025 09:12 139 1 dəq oxuma
Sosial

Avropadan Azərbaycana gələn turistlərin sayı kəskin azalıb

Avropadan Azərbaycana gələn turistlərin sayı kəskin azalıb

 

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycana Avropa ölkələrindən 167 740 turist səfər edib.

 

“İnformator.az” Report-a istinadla xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,7 % azdır.

 

O cümlədən, hesabat dövründə Şərqi Avropa ölkələrindən Azərbaycana 84 258 turist gəlib. Bu da 1 il əvvələ nisbətən 21,5 % azdır.

 

Şərqi Avropa ölkələri arasında ən çox turist Ukraynadan gəlib - 27 908 nəfər. Bu, illik müqayisədə 22,8 % azdır.

 

Bundan əlavə, Belarusdan 20 937 nəfər (-20,4 %), Polşadan 8 266 nəfər (-19,6 %), Moldovadan 3 581 nəfər (−26,7 %), Macarıstandan 3 508 nəfər (-10,1 %), Rumıniyadan 2 841 nəfər (−18,9 %), Çexiyadan 2 801 nəfər (+4,6 %), Litvadan 2 174 nəfər (−39,7 %), Bolqarıstandan 2 003 nəfər (-25,9 %) Latviyadan 1 861 nəfər (−32,3 %), Serbiyadan 1 590 nəfər (-25,2 %), Slovakiyadan 1 440 nəfər (−32,5 %) Estoniyadan 1 426 nəfər (−20,6) Xorvatiyadan 1 284 nəfər (-4,5 %), , %), Sloveniyadan 664 nəfər (-1,6 %) Kiprdən 571 nəfər (+6 %), Monteneqrodan 413 nəfər (+7,6 %), Bosniya və Hersoqovinadan 390 nəfər (-25,7 %), Şimali Makedoniyadan 314 nəfər (-10,5 %), Albaniyadan isə 286 nəfər (−38,1 %) turist gəlib.

 

9 ay ərzində Qərbi Avropa ölkələrindən isə Azərbaycana 83 482 nəfər turist gəlib. Bu da ötən ilin eyni dövrünə nisbətən 21,8 % azdır.

 

Qərbi Avropa ölkələri arasında ən çox turist 20 308 nəfər olmaqla Böyük Britaniyadan gəlib. Bu, 1 il əvvəllə müqayisədə 21 % azdır.

 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər