Avropanı gözləyən təhlükə: "Yanacağın bahalaşması aviaşirkətləri iflasa sürükləyəcək"
"Yay boyu yanacaq qiymətləri yüksək qalsa, bəzi Avropa aviaşirkətləri payıza qədər iflasa uğraya bilər".
"İnformator.az" "The Independent" nəşrinə istinadən xəbər verir ki, bunu İrlandiyanın "Ryanair" aviaşirkətinin baş direktoru Maykl O'Liri bildirib.
"Əgər neftin qiyməti iyul, avqust və sentyabr aylarında 150 dollara çatarsa, Avropa aviaşirkətləri iflas edəcək", - şirkət rəhbəri bildirib.
Xəbərdə bildirilir ki, ABŞ və İsrailin İrana qarşı hücuma başlaması və Hörmüz boğazının bağlamasından sonra yanacaq qiymətləri kəskin şəkildə artıb. Bu, onilliklər ərzində ən ciddi yanacaq böhranına səbəb olub.
Münaqişənin başlanğıcından bəri yanacaq qiymətləri təxminən 84% artıb. "Brent" markalı neftin bir bareli hazırda təxminən 110 dollardır, Yaxın Şərq münaqişəsindən əvvəl isə qiymət 70 dollar ətrafında idi.
"United Airlines" və "Lufthansa" kimi aviaşirkətlər artıq qiymət artımlarının və uçuşların ləğvinin mümkünlüyünü açıqlayıblar.