Avtobusda gənclər və yaşlılar arasında mübahisə
Sumqayıt şəhərində günorta saatlarında avtobusda gənclər və yaşlı sərnişinlər arasında mübahisə baş verib. Hadisə avtobusda müəyyən yerlərdə uşaqların oturması ilə bağlı yaşlı sərnişinlərin narazılığı nəticəsində yaranıb. Kiçik anlaşmazlıq zamanla gərginləşərək bir neçə sərnişinin etirazını ifadə etməsinə səbəb olub.
Məlumatlara görə, uşaqlar və yaşlılar arasında sərt söz mübadiləsi baş verib. Hadisə qısa müddət ərzində sakitləşdirilib və sərnişinlər arasında fiziki qarşıdurma qeydə alınmayıb. Avtobusda yaranan gərginlik aradan qaldırılıb və nəqliyyatın hərəkəti normal vəziyyətinə qayıdıb.
Sərnişinlərdən biri bildirib ki, “indiki cavanlarda taqət qalmayıb, biz vaxtında belə etmirdik”. Digər sərnişin isə uşaqların dərsdən qayıtdıqlarını və yəqin ki, yorğun olduqlarını qeyd edərək, vəziyyətin anlaşılmazlıqdan irəli gəldiyini vurğulayıb.
Hadisə göstərir ki, ictimai nəqliyyatda sərnişinlər arasında kiçik anlaşılmazlıqlar belə gərginliyə çevrilə bilər və buna görə nəzarətin və səliqəli davranış qaydalarının qorunması vacibdir. Təcrübəli sürücülər və sərnişinlər qarşılıqlı hörmət və anlayış nümayiş etdirərək belə halların qarşısını ala bilərlər.
Mövzu haqqında əhaliyə müraciət etdik.
Bu məsələ ilə bağlı Leyla Süleymanova “İnformator.az”a açıqlamasında bildirib:
“Avtobusda hər kəsin oturmağa haqqı var. Heç kim öz istəyi ilə yer vermədikcə başqasını qalxmağa məcbur etmək düzgün deyil. Uşaqlar məktəbdən qayıdarkən yorula bilərlər".
Bir digər sakin Murad Əliyev isə öz düşüncələrini belə səsləndirib:
“İctimai nəqliyyatda yaşlılara yer verilməsi vacibdir, lakin yer verilmədiyinə görə münaqişə yaratmaq düzgün deyil. Belə hallarda yaranan dava təkcə oturacaq məsələsi ilə yox, bəzən uşaqların səs-küy salması bağlı olur”.
Aydan Əsgərxanlı
