"Axios": İsrail və Livan gələn həftə Vaşinqtonda danışıqlar aparacaqlar
İsrail və Livan gələn həftə Amerika paytaxtında birbaşa danışıqlar aparacaqlar.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə "Axios" məlumat yayıb.
"Yüksək vəzifəli İsrail rəsmisi bildirib ki, İsrail və Livan arasında birbaşa danışıqlar gələn həftə başlayacaq. İlk görüş Vaşinqtonda Dövlət Departamentində keçiriləcək", - deyə o bildirib.
Danışıqlar ABŞ-də səfirlər səviyyəsində keçiriləcək.