00:00:00
Yazar
Güllər Gülhüseynova
02.03.2026 21:17 81 2 dəq oxuma
Siyasət

Ayətullahdan Qərbə kəskin açıqlama

Ayətullahdan Qərbə kəskin açıqlama

İranın nüfuzlu din xadimlərindən biri olan Ayətullah Məkarim Şirazi ölkənin ali lideri Ayətullah öldürülməsindən sonra ABŞ və İsrailə qarşı cihad elan edib.O, İran xalqının və İslam dünyasının Xameneinin intiqamını almaq istədiyini bildirib.

 

Məsələ ilə  bağlı Politoloq Yusif Bağırzadə "İnformator. az" a bildirib ki, əlbəttə ki, Ayətullah Məkarimin  bəyanatını ciddi qəbul etmək mümkün deyil. Çünki bildiyiniz kimi, ABŞ və İsrailə məxsus hərbi hava qüvvələri artıq İrana məxsus bir neçə obyekti, həmçinin İranın dini rəhbərinin Xamenei ətrafını kifayət qədər dəqiq hesablanmış hava zərbələri ilə məhv ediblər. Bu günə qədər bu müharibə davam edir:

"Yəni ABŞ və İsrail tərəfinin verdiyi məlumata görə, bu 4 günlük hərbi əməliyyat olacaq. Artıq bildiyiniz kimi, əməliyyat iki günə yaxındır davam edir, qalıb əlavə iki günü. ABŞ və İsrail mənbələrinin verdiyi məlumata görə, döyüş bu müharibə iki həftəyə qədər uzana bilər. Bildiyiniz kimi, bu günə İrana məxsus ballistik raketlər və insansız uçuş aparatları ətraf dövlətlərə, xüsusilə Məkarimin dediyi İslam dünyasına məxsus Ərəb dövlətlərinə- Dubaya, Birləşmiş Ərəb Əmirliklərinə, Səudiyyə Ərəbistanına, Bahreynə və digər Körfəz dövlətlərinə atəş açır. Bu atəş nəticəsində həmin dövlətlərə məxsus mülki obyektlər də məhv olur. Əlbəttə ki, hətta Səudiyyə Ərəbistanı bu günə İrana müharibə elan etmək istəyir və edəcəkdir. Bunun ardınca Ərəb Əmirlikləri, hətta Qatar da bu müharibəyə qoşula bilər. Böyük ehtimalla, Böyük Britaniya da ola bilsin qoşulsun. Yəni, İran üçün vəziyyət kritikdir. Hətta İran dövlətinin gələcəyi yaxşı olmayacaqdır. Bu bəyanatlar heç bir şeyi dəyişmir. Çünki İslam dünyası İranın arxasında deyil. İranın arxasında bu günə İran daxilində olan konservativ xalqın qanuniçi bir qrup şəxsidir, həmçinin proksi qüvvələr mövcuddur-Hizbullah, Həmas və digər qüvvələr".

 

Ekspert həmçinin bunu da qeyd edib ki,böyük ehtimalla yaxın günlərdə İranda böyük xalq hərəkatının şahidi olacağıq. Böyük ehtimalla rejimin devrilməsi və İranın parçalanması gündəmdədir:


"Bu, yalnız İran prezidenti Pezeşkian xalqın tərəfinə keçərsə, öz məsuliyyətini öz üzərinə götürsə, baş verməyə bilər. Hətta Cənab Trampın verdiyi üç namizəddən bir variantda, İsrailin layihəyə uyğun olaraq Rza Pəhləvi hakimiyyətə gətirilsə, İran parçalanmağa məhkumdur. Bir variant da Venesuela  variantıdır. İranın indiki prezidenti Pezeşkian bütün məsuliyyəti götürsə və xalqın tərəfində çıxış eləsə, İranın bütövlüyü təmin olunacaqdır. Əlbəttə, biz dövlət olaraq çalışırıq ki, İran dövlətində bu faciə baş verməsin. İran bizim qonşu dövlətimizdir, orada 45 milyon yaxın soydaşımız  var. Onların taleyi bizim üçün önəmlidir. Böyük ehtimalla, mən demişdim ki, ssenari belə olacaq. Əgər Pezeşkian öldürülməsə və ya fiziki təhlükəyə məruz qoyulmasa, o böyük ehtimalla nümayişlə xalqın tərəfinə keçəcək və İranın bütövlüyünü təmin edəcək".

Aysun Xanatova

#yeni #kəskin #gündəm #qərbə #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər