00:00:00
Yazar
Admin User
26.10.2015 09:04 369 1 dəq oxuma
Sosial

Aydın Əliyev vətəndaşlarla görüşəcək

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Kürdəmirdə vətəndaşları qəbul edəcək.
Aydın Əliyev vətəndaşlarla görüşəcək

Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev Kürdəmirdə vətəndaşları qəbul edəcək.

DGK-nın Mətbuat Xidmətindən İnformator-a verilən məlumata görə, Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev oktyabrın 30-da saat 11:00-da Kürdəmir şəhərindəki Heydər Əliyev Mərkəzində (Bakı prospekti 18) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Qəbul zamanı bölgədə yerləşən rayonların - Kürdəmir, Ucar, Zərdab, Göyçay rayonlarının sakinlərinin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar oktyabrın 29-u saat 11:00-dək “192” Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqələndirici şəxs – Məmmədova Səbinə Xanlar qızı, əlaqə telefonu: (012) 404-22-00), Şirvan Gömrük İdarəsi (əlaqə telefonu: (021) 215-36-10) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər