00:00:00
Yazar
Nigar Həsənzadə
19.02.2026 22:41 6 1 dəq oxuma
Siyasət

Azərbaycan 7 milyard verən ölkələrdən biridir? - Hacıyev

Azərbaycan 7 milyard verən ölkələrdən biridir? - Hacıyev

Azərbaycan təsisçi üzv dövlət kimi Sülh Şurasının məqsəd və məramlarını dəstəkləyir. Gələcəkdə Azərbaycan tərəfindən Sülh Şurası vasitəsilə Qəzzada sərmayə layihələrində iştirak nəzərdən keçirilə bilər. Amma bir məsələyə aydınlıq gətirmək istərdik. Belə ki, Sülh Şurasının bugünkü iclasında səsləndirilən 7 milyard ABŞ dolları məbləğində Qəzzaya dair maliyyə layihəsində Azərbaycanın iştirakı nəzərdə tutulmur.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

#milyard #azərbaycan #xəbər #hacıyev
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər