00:00:00
Yazar
Nərmin Həşimova
15.05.2026 20:20 15 1 dəq oxuma
Siyasət

“Azərbaycan-Aİ arasında siyasi strateji tərəfdaşlığın genişləndirilməsi istiqamətində addımlar atılır”- ŞƏRH

“Azərbaycan-Aİ arasında siyasi strateji tərəfdaşlığın genişləndirilməsi istiqamətində addımlar atılır”- ŞƏRH

Yalçın Rəfiyev bildirib ki, Azərbaycan Avropa İttifaqı ilə əməkdaşlığa xüsusi önəm verir. O qeyd edib ki, Antonio Costanın Bakıya səfəri və qəbul olunan birgə bəyanat əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Rəfiyevin sözlərinə görə, bu əməkdaşlıq gələcəkdə konkret layihələr və praktiki nəticələrlə davam etməlidir.


Mövzu ilə bağlı politoloq Taleh Əliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Azərbaycanın xarici siyasətində bəzi Avropa strukturlarının qərəzli və məqsədyönlü kampaniyalarına qarşı ən effektiv müdafiə strategiyası dost və tərəfdaş ölkələrlə ikitərəfli əlaqələrin dərinləşdirilməsidir:

 

"Xüsusilə Fransa, Hollandiya və Belçika kimi ölkələrin apardığı anti-Azərbaycan təbliğatına qarşı qitənin ümumi maraqlarını və universal dəyərlərini rəhbər tutan qurumlarla əməkdaşlığı genişləndirmək ən məntiqli cavab siyasəti hesab olunur. Bu tərəfdaşlıq platformasında bir neçə strateji istiqamət prioritet təşkil edir. Birinci növbədə, enerji təhlükəsizliyi çərçivəsində mövcud dəhlizlərin şaxələndirilməsi və Avropa bazarına "yaşıl enerji" təchizatının təmini xüsusi əhəmiyyət kəsb edir. Bununla yanaşı, yeni logistik və nəqliyyat marşrutlarının, o cümlədən enerji koridorlarının inkişaf etdirilməsi Azərbaycanın iqtisadi nüfuzunu daha da möhkəmləndirir. Eyni zamanda, Azərbaycan və Avropa İttifaqı arasında siyasi dialoqun dərinləşdirilməsi və strateji tərəfdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl addımlar atılır. Ölkəmizin Avropa İttifaqına üzv olan dost dövlətlərlə qurduğu sıx ikitərəfli münasibətlər, vahid Avropa strukturları daxilindəki əməkdaşlığın ən mükəmməl modelini formalaşdırır”.

 

Aydan Əsgərxanlı

#Azərbaycan #Aİ #tərəfdaşlıq #əlaqələr
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər