00:00:00
Yazar
Ayan Sədi
26.05.2026 10:57 23 3 dəq oxuma
Siyasət

Azərbaycan–Avropa İttifaqı Dialoqu: Enerji, “Orta Dəhliz” və Strateji Əməkdaşlıq

Azərbaycan–Avropa İttifaqı Dialoqu: Enerji, “Orta Dəhliz” və Strateji Əməkdaşlıq

Bakıda keçirilən Azərbaycan–Aİ Təhlükəsizlik Dialoqu tərəflər arasında münasibətlərin strateji mərhələyə keçdiyini göstərib. Aİ Azərbaycanı enerji təhlükəsizliyi, “Orta Dəhliz” və nəqliyyat layihələrində etibarlı tərəfdaş hesab edir. Bakı Avropaya qaz ixracını artırır və “yaşıl enerji” layihələrində də mühüm rol oynayır. Məqalədə vurğulanır ki, bəzi siyasi gərginliklərə baxmayaraq, Azərbaycan Aİ üçün vacib strateji tərəfdaş olaraq qalır.

 

Mövzu ilə bağlı politoloq Rəşad Bayramov “İnformator.az”a açıqlamasında bildirib ki, Bakıda keçirilən Azərbaycan-Avropa İttifaqı Təhlükəsizlik Dialoqu tərəflər arasında strateji əməkdaşlığın daha da gücləndiyini göstərir:

 

“Bakıda keçirilən Azərbaycan–Avropa İttifaqı Təhlükəsizlik Dialoqu tərəflər arasında münasibətlərin artıq daha praktik və strateji məzmun aldığını göstərən mühüm siyasi siqnaldır. Bu format əvvəlki illərlə müqayisədə konkret əməkdaşlıq sahələrinə - enerji təhlükəsizliyi, nəqliyyat-logistika və regional sabitlik məsələlərinə daha çox fokuslanır. Bu da Azərbaycan-Aİ münasibətlərinin təkcə siyasi bəyanatlar səviyyəsində deyil, real maraqların kəsişdiyi strateji platforma üzərində inkişaf etdiyini göstərir”.

 

Politoloq vurğulayıb ki, bu yeni mərhələ Azərbaycan və Avropa İttifaqı arasında əməkdaşlığın daha da güclənməsinə xidmət edir:

 

“Bu yeni mərhələ Azərbaycan üçün Avropa İttifaqı ilə əlaqələri daha sistemli və uzunmüddətli çərçivəyə salmaq imkanı yaradır. Enerji və nəqliyyat sahələrində imzalanan və ya planlaşdırılan layihələr ölkənin beynəlxalq iqtisadi sistemdə rolunu gücləndirir, eyni zamanda Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul edilməsini möhkəmləndirir. Aİ üçün isə bu dialoq Cənubi Qafqazda sabit və proqnozlaşdırıla bilən tərəfdaşla əməkdaşlığın dərinləşdirilməsi deməkdir. Xüsusilə hazırkı qlobal geosiyasi qeyri-müəyyənlik fonunda bu əməkdaşlıq daha çox əhəmiyyət qazanır”.

 

Rəşad Bayramov qeyd edib ki, Azərbaycanın Avropa üçün əhəmiyyətini artıran əsas faktorlardan biri də “Orta Dəhliz” layihəsidir:

 

“Azərbaycanın Avropa üçün əhəmiyyətini artıran əsas faktorlardan biri ‘Orta Dəhliz’ layihəsidir. Çin və Mərkəzi Asiyanı Azərbaycan üzərindən Avropa ilə birləşdirən bu marşrut qlobal ticarət yollarının şaxələndirilməsi baxımından getdikcə daha strateji rol oynayır. Ənənəvi tranzit xətlərində yaranan siyasi və təhlükəsizlik riskləri Avropa üçün alternativ yolların əhəmiyyətini artırıb. Azərbaycan bu kontekstdə əsas keçid ölkələrindən birinə çevrilərək yalnız tranzit funksiyasını deyil, həm də regional logistika mərkəzi kimi rolunu gücləndirir”.

 

Politoloqun sözlərinə görə, Azərbaycan qaz və “yaşıl enerji” ixracı ilə Avropanın enerji təhlükəsizliyini və şaxələndirmə siyasətini təmin edən etibarlı tərəfdaşdır:

 

“Enerji sahəsində isə Azərbaycan Avropanın enerji təhlükəsizliyi strategiyasında mühüm yer tutur. Xüsusilə qaz ixracı Avropanın təchizat şaxələndirmə siyasətinə uyğun olaraq ön plana çıxır və Azərbaycan bu istiqamətdə etibarlı alternativ mənbə qismində iştirak edir. Bununla yanaşı, "yaşıl enerji" layihələrinin gündəmə gəlməsi münasibətləri daha geniş enerji əməkdaşlığı modelinə doğru aparır və gələcəkdə elektrik enerjisi ixracı kimi yeni istiqamətlərin formalaşmasına şərait yaradır”.

 

R. Bayramov bildirib ki, Azərbaycan-Aİ Təhlükəsizlik Dialoqu enerji, nəqliyyat və sabitlik maraqlarını birləşdirərək əməkdaşlığı daha strateji və dayanıqlı səviyyəyə qaldırır:

 

“Ümumilikdə, Azərbaycan-Aİ Təhlükəsizlik Dialoqunun yeni mərhələsi tərəflər arasında əməkdaşlığı daha strateji səviyyəyə qaldıran bir proses kimi dəyərləndirilə bilər. Bu model həm enerji və nəqliyyat maraqlarını, həm də regional təhlükəsizlik və sabitlik ehtiyaclarını bir araya gətirərək münasibətləri daha dayanıqlı və uzunmüddətli çərçivəyə salır”.

 

Aydan Əsgərxanlı

#i̇ttifaqı #“orta #enerji # #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər