00:00:00
Yazar
Zeynəb Yunuszadə
23.04.2026 21:53 12 1 dəq oxuma
Siyasət

Azərbaycan BMT-nin barışıq sazişləri haqqında konvensiyasına qoşuldu

Azərbaycan BMT-nin barışıq sazişləri haqqında konvensiyasına qoşuldu

Azərbaycan BMT-nin "Mediasiya nəticəsində əldə olunan beynəlxalq barışıq sazişləri haqqında Konvensiya"sına qoşulub.

 

"İnformator.az" bu barədə Azərbaycanın BMT-dəki Daimi Nümayəndəliyinin "X" sosial şəbəkə hesabına istinadən xəbər verir.

 

Bildirilir ki, Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev BMT-nin Hüquq Məsələləri İdarəsini ziyarət edib.

 

"Azərbaycanın BMT yanında daimi nümayəndəsi Tofiq Musayev 20 dekabr 2018-ci ildə Nyu-Yorkda qəbul edilmiş "Mediasiya nəticəsində əldə edilmiş beynəlxalq barışıq sazişləri haqqında Birləşmiş Millətlər Təşkilatının (BMT) Konvensiyası"nı Azərbaycan Respublikası adından imzalamaq üçün BMT-nin Hüquq Məsələləri İdarəsini ziyarət edib", - deyə məlumatda vurğulanıb.

#barışıq #sazişləri #qoşuldu #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər