00:00:00
Yazar
Səadət Əlizadə
22.04.2026 18:28 23 1 dəq oxuma
Siyasət

Azərbaycan bununla bağlı bizim təcrübədən istifadə edə bilər

Azərbaycan bununla bağlı bizim təcrübədən istifadə edə bilər

Azərbaycan və Latviyanın aidiyyəti nazirlikləri Qarabağın müasirləşməsi və yenidən qurulmasında meşələrin salınması ilə bağlı təcrübə mübadiləsi aparacaq.

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bunu Latviya Prezidenti Edqars Rinkeviçs Azərbaycan Prezidenti İlham Əliyevlə Bakıda birgə bəyanatında deyib.

 

Edqars Rinkeviçs qeyd edib ki, Latviya meşələr ölkəsidir:

 

"Biz həm Qarabağın müasirləşməsi və yenidən qurulmasında daha çox meşələrin salınması ilə bağlı Prezident İlham Əliyevin qarşıya qoyduğu planları, həm də bu məsələləri daha geniş anlamda müzakirə etdik. Hesab edirəm ki, bu məsələdə bizim məsləhətimiz və təcrübəmiz Azərbaycan üçün faydalı ola bilər və biz müvafiq nazirlərə bu sahədə çalışmaq tapşırığını verdik".

#bağlı #baki #xəbər #təcrübədən #bununla
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər