00:00:00
Yazar
Aysel Mirzəyeva
30.03.2026 19:56 30 1 dəq oxuma
Siyasət

“Azərbaycan hazırdır, qərar Ermənistandan asılıdır” - ŞƏRH

“Azərbaycan hazırdır, qərar Ermənistandan asılıdır” - ŞƏRH

“Növbəti mərhələdə müəyyən bir saziş imzalanmalıdır. Hazırda danışıqları davam etdiririk, məlumat mübadiləsi aparırıq və nəticədə bir növ hökumətlərarası saziş əldə olunmalıdır. Bu məsələ üzrə danışıqlar yavaşlamayıb. Biz məhz bu vaxtda planlaşdırdığımız mərhələdəyik və iş davam edir”, - Mirzoyan bildirib.


Mövzu ilə bağlı siyasi şərhçi Polad Mehdiyev “İnformator.az”a açıqlamasında bildirib ki, TRİPP layihəsi ilə bağlı verilən son açıqlamalar göstərir ki, proses artıq ilkin müzakirə mərhələsini geridə qoyub:

 

“Konkret sənədlərin razılaşdırılması mərhələsinə çatıb. Görünən odur ki, hazırda texniki detallar üzrə danışıqlar aparılır, məlumat mübadiləsi gedir və yekunda hökumətlərarası sazişin imzalanması planlaşdırılır. Bu saziş əsasən dəhlizin hüquqi statusunu, idarəetmə mexanizmini, təhlükəsizlik məsələlərini və tranzit qaydalarını əhatə edəcək. Ən vacib məqam isə marşrutun fasiləsiz və maneəsiz fəaliyyətinin hüquqi təminatıdır. Qeyd etmək lazımdır ki, TRİPP layihəsi üzrə Azərbaycan üzərinə düşən bütün öhdəlikləri artıq yerinə yetirib. İnfrastruktur və siyasi iradə baxımından ölkəmiz öz hazırlığını tam şəkildə nümayiş etdirib. Hazırda əsas məsələ Ermənistan ərazisindən keçən təxminən 43 kilometrlik hissə ilə bağlıdır. Bu istiqamətdə proses daha çox Ermənistanla ABŞ arasında aparılan danışıqlardan asılıdır. Ümumilikdə, layihə artıq ideya mərhələsindən çıxaraq real müqavilə mərhələsinə daxil olub. Növbəti addım isə razılaşdırılmış şərtlər əsasında rəsmi sazişin imzalanması olacaq”.

 

Nuray Əliyeva

 

#hazırdır # #gündəm #“azərbaycan #qərar
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər