00:00:00
Yazar
Nərmin Həşimova
05.05.2026 21:51 29 2 dəq oxuma
Siyasət

“Azərbaycan ilə İtaliya arasında münasibətlərin inkişafı regionda sülh və əməkdaşlığa töhfə verir”- ŞƏRH

“Azərbaycan ilə İtaliya arasında münasibətlərin inkişafı regionda sülh və əməkdaşlığa töhfə verir”- ŞƏRH

“Bizim siyasi əlaqələrimiz ən yüksək səviyyədədir. Eyni zamanda, ticarət əlaqələrimiz də çox yaxşı vəziyyətdədir”.
Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Nazirlər Şurasının sədri Ciorcia Meloni ilə mətbuata bəyanatında səsləndirib.


Mövzu ilə bağlı ”İnformator.az”a açıqlamasında Oqtay Qasımov bildirib ki, Azərbaycan və İtaliya arasında münasibətlər yüksələn xətt üzrə inkişaf edir və ölkələrimiz arasında strateji tərəfdaşlıq mövcuddur:


“İtaliya Azərbaycanın əsas ticarət tərəfdaşlarından biridir. Eyni zamanda, İtaliya Azərbaycanın həm qaz, həm də neft sahəsində əsas tərəfdaşlarından biri kimi çıxış edir. Bu münasibətlərin inkişafı son dövrlərdə hərbi, texniki  sahələrdə də özünü göstərir. Hazırda 123 İtaliya şirkəti Azərbaycanda fəaliyyət göstərir. Qarabağ və Şərqi Zəngəzurda isə İtaliya şirkətləri  23 layihə həyata keçirir. İtaliya Avropanın önəmli ölkələrindən biridir və beynəlxalq nüfuzu kifayət qədər yüksəkdir. Bu baxımdan, Azərbaycan ilə İtaliya arasında münasibətlərin inkişafı regionda sülh və əməkdaşlığa töhfə verir. Son müzakirələrdə əsas mövzular enerji və nəqliyyat, xüsusilə də nəqliyyat dəhlizləri olub. Gələcəkdə enerji sektoru ilə yanaşı, hərbi-texniki sahədə də əməkdaşlığın inkişaf edəcəyi gözlənilir. Bundan əlavə, aqrar və nəqliyyat-logistika sahələrində də münasibətlərin genişlənəcəyi və qarşılıqlı investisiyaların artacağı proqnozlaşdırılır. Qeyd edək ki, Azərbaycan son 5 ildə İtaliyaya 3 milyard dollar həcmində investisiya yatırıb. Bu da kifayət qədər ciddi göstəricidir. Ümumilikdə, Azərbaycan və İtaliya arasında münasibətlərin gələcəkdə də yüksələn xətt üzrə davam edəcəyi gözlənilir”.


Nurgün Qənizadə

#Azərbaycan #İtaliya #töhfə #əməldaşlıq
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər